Slovakiya: "Rusiyaya qarşı sanksiyalara veto qoyacağıq"
Bizi izləyin

Dünya

Slovakiya: "Rusiyaya qarşı sanksiyalara veto qoyacağıq"

Slovakiya Baş naziri Robert Fiço bildirib ki, Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları mənasızdır və düzgün metod deyil.

Axar.az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" BBC-yə istinadla məlumat yayıb. Hökumət başçısı bildirib ki, bu sanksiyalar ölkəsinin milli maraqlarına uyğun gəlməsə, dərhal veto hüququndan istifadə edəcəklər.

Fiço əlavə edib ki, əvvəlki sanksiyalar bir nəticə vermədiyindən yeni qadağalara lüzum yoxdur.

Xatırladaq ki, Avropa Birliyinin üzvü olan Slovakiya dəfələrlə Rusiyanı müdafiə edən siyasət ortaya qoyub. Səbəb bu ölkə ilə Moskva arasında ciddi iqtisadi əlaqələr və güzəştli məbləğə mavi yanacaq təchizatıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm