İdman
İran rejimindən təbrizlilərə görünməmiş qadağa
“Traktor Sazi” komandasının ev oyunlarını keçirdiyi Təbrizin “Səhənd” stadionuna yeni qadağalar tətbiq edilib.
Publika.az xəbər verir ki, tərəfdarların stadiona milli simvollar, digər ölkələrin bayrağı, yazılı parça, plakat, rupor və təbil kimi əşyalar gətirməsi yasaqlanıb.
Yeni yasaqlarla bağlı məlumat verən İran televiziyası və İSNA xəbər agentliyi qərarın hansı qurum ya dövlət orqanı tərəfindən çıxarıldığını bildirməyib.
“Traktor Sazi”nin azarkeşləri bundan öncə də İran məhkəmələri və təhlükəsizlik qurumlarının basqı və təzyiqlərinə məruz qalıblar. İnsan haqları təşkilatları bir çox azarkeşin həbs, işgəncə və mühakimə ilə üzləşdiyini bildirir.
Basqıların artması komandanın baş məşqçisi Rəsul Xətibinin də etirazına səbəb olub. Xətibi yeni qadağalardan öncə mətbuata verdiyi müsahibədə azarkeşlərə qarşı tətbiq edilən zorakılıqlarla bağlı hakimiyyət orqanlarını, o cümlədən İran polisi və özəl qvardiya qüvvələrini tənqid etmişdi.
Qeyd edək ki, “Traktor Sazi” İran çempionatının son turunda “Rah Ahan”a qalib gələrək (4:2) liderliyə yüksəlib. Komandanın liderliyə yüksəlməsini böyük çoşqu ilə qeyd edən azarkeşlər Təbriz küçələrinə çıxaraq “Yaşasın Azərbaycan”, “Traxtor”u el istər – Şərəfli millət istər”, “Azərbaycan yurdumuz – “Traxtor” boz qurdumuz”, “Azərbaycan var olsun – İstəməyən kor olsun” şüarlarını səsləndiriblər.
Təbrizlilərin sevinci İran polisinin qəzəbinə tuş gəlib. Azarkeşlər şəhərin bir neçə məntəqəsində polis hücumuna məruz qalıb.
Təbrizdə yaşananlar “Traktor Sazi”nin braziliyalı legioneri Edinyonu heyrətə salıb. Edinyo Təbrizdə yaşananlarla bağlı təəssüratını bölüşüb:
“Təbrizdəki atmosfer bizim oyundan yaxşıdır. İki saatdır avtobusdan türklərin coşqusunu izləyirəm. Zövq alıram, heyrət içindəyəm. Azərbaycandakı durumun dünyada tayı-bərabər yoxdur”.
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Avropa bankının pulunu mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı