Dünya
Davosda Türkiyə rüzgarı
“Bir dəqiqə” (“One minute”) böhranından sonra ilk dəfə Davosa qatılan Türkiyə yeni dönəmə qədəm qoyub.
Axar.az xəbər verir ki, Davosda keçirilən iqtisadi forumda Türkiyəni təmsil edən Baş nazir Əhməd Davudoğlu 3 gərgin gün keçirib. G-20 sədri kimi iclaslarda iştirak edən Davudoğlu Türkiyənin perspektivlərindən danışıb və bir çox ikitərəfli görüşlər keçirib.
Davudoğlu Dünya İqtisadi Forumu toplantısının ilk günündə Ukrayna Prezidenti Pyotr Poroşenko, Avstriya Baş nazir müavini Raynold Mitterlener ilə görüşüb.
Görüşlərin ikinci günündə isə Davudoğlu Finlandiya Baş naziri Aleksandr Stubb, Gürcüstan Baş naziri İrakli Qaribaşvili, Serbiya Baş naziri Aleksandr Vuçiç, Malayziya Baş naziri Dato Najib Tun Abdul Razak, Qazaxıstan Baş naziri Bum Masimov, Yeni Zelandiya Baş naziri Con Ki və İordaniya Kralı II Abdullah ilə ikitərəfli görüşlər keçirib.
Xatırladaq ki, Ərdoğanın baş nazirliyi dönəmində İsrail təmsilçisi ilə məşhur “Bir dəqiqə” qalmaqalından sonra Türkiyə baş nazir səviyyəsində Davosda yalnız 5 ildən sonra Davudoğlunun timsalında iştirak etdi.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR