Dünya
Putin və NATO baş katibinin “legion” atışması – VİDEO
“Biz tez-tez Ukrayna ordusundan danışırıq. Əslində, orada kimlər vuruşur? Orada Silahlı Qüvvələrin rəsmi bölmələri müəyyən hissə təşkil edir. Silahlı Qüvvələrin önəmli hissəsi “könüllü millətçi batalyonlar” adlandırılan qüvvələrdir”.
Publika.az RİA xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda tələbələr qarşısında çıxışı zamanı deyib.
“Bu artıq ordu deyil, bu xarici legiondur. İndiki halda NATO legionudur və əlbəttə ki, Ukraynanın milli maraqlarını müdafiə etmir. Ukraynada Ukrayna ordusu vuruşmur”, - Putin bildirib.
NATO-nun baş katibi Yens Stoltenberqin isə Putinin “NATO legionu” bəyanatına cavabı gecikməyib. Rusiya prezidentinin bəyanatını cəfəngiyat adlandıran baş katib “Ukrayna heç bir NATO legionu yoxdur. Ukraynada xarici qoşunlar, bu Rusiyanın qoşunudur və separatçıları dəstəkləyir” söyləyib.
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR