Dünya
Ukraynada böyük müharibə hazırlığı: 250 minlik ordu
Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya Ukraynanın Silahlı Qüvvələrinin sayının artırılması haqqında qanun layihəsi göndərib.
Publika.az “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, 2269 saylı qanun layihəsi bu gün Ali Radada qeydə alınıb.
Qanun layihəsində qeyd edilir ki, hərbi sahədə Ukraynanın milli təhlükəsizliyinə olan təhlükələr nəzərə alınaraq Ukraynanın Silahlı Qüvvələrində operativ komandanlığın iki idarəsi, on bir briqada, dörd alay, on səkkiz batalyon, on altı ayrı bölük və on üç müxtəlif təyinatlı bölük formalaşdırılır. Qanun layihəsində Ukraynanın Silahlı Qüvvələrinin sayının 250 minə, o cümlədən 204 min hərbi qulluqçuya çatdırılması nəzərdə tutulub.
Ukrayna prezidenti Poroşenko daha əvvəllər də bildirib ki, Ukrayna ordusunun şəxsi heyətinin sayının 250 minə qədər çatdırılması planlaşdırılır. Silahlı Qüvvələrin sayının 250 minə çatdırılmasının vacib olduğunu Ukraynanın baş naziri Arseniy Yasenyuk da dilə gətirib.
Ömər Dağlı
-
Rəsmi xronika13:15İlham Əliyev fərman imzaladı
-
Dünya12:06Avropadan Trampa şərt: Bunu et, Qrenlandiyanı al
-
Dünya11:30ICE agenti 37 yaşlı qadını öldürdü: ABŞ-da ara qarışdı - VİDEO
-
Dünya11:06ABŞ Rusiya gəmisini belə ələ keçirib - Anbaan VİDEO
-
Sosial10:54Bakının bu rayonlarında torpaq KƏSKİN BAHALAŞDI - QİYMƏT CƏDVƏLİ
-
Dünya09:42Buşun Putinə dediyi daha bir gizli açıqlama üzə çıxdı: Biz sizə, siz də bizə...
-
Magazin208:43“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” - Etirafı ilə gündəm oldu
-
Nida Xəbər 08:24Bakı və İrəvan üçün kritik TARİX - Bu il o ƏNGƏL aşılmasa...



















.jpg)















