İdman
Əfsanə Olimpiadalarda qazandığı qızıl medalları satdı: Bu qədər qazandı
Əfsanəvi amerikalı üzgüçü, altıqat Olimpiya çempionu Rayan Lohti qızıl medallarının yarısını sataraq təxminən 400 min dollar gəlir əldə edib.
Publika.az xəbər verir ki, Bu barədə Swimswam.com yazır.
Hərracda Lohtinin üç qızıl Olimpiya medalı satılıb. 2004-cü il Afina Olimpiadasında 800 metr məsafəyə sərbəst üsulla estafet yarışında qazandığı qızıl medal 66 min dollara satılıb və alıcı mükafatı da daxil olmaqla yekun məbləğ 88 min 520 dollar təşkil edib. 2008-ci il Pekin Olimpiadasında eyni estafet növündə qazandığı qızıl medal üçün son təklif 150 min dollar olub, ümumi məbləğ isə 183 min dollara çatıb. Rio-de-Janeyro Olimpiadasında 800 metr sərbəst üsulla estafetdə əldə etdiyi qızıl medal isə 100 min dollara satılıb və alıcı mükafatı ilə birlikdə 122 min dollar edib.
Ən yüksək məbləğ Pekin Olimpiadasının medalına görə ödənilib. Güman edilir ki, bu medalın dəyəri ABŞ yığmasının tərkibində Maykl Felpsin də yer alması səbəbindən daha yüksək olub.
41 yaşlı Lohti karyerası ərzində Olimpiya Oyunlarında həmçinin üç gümüş və üç bürünc medal qazanıb. Bundan əlavə, o, dünya çempionatlarında 18 dəfə qızıl medal əldə edib.
Lohti sonuncu dəfə 2021-ci ildə ABŞ-da keçirilən yarışlarda iştirak edib və ən yaxşı nəticəsi 200 metr məsafədə yeddinci yer olub. Rayan heç vaxt rəsmi şəkildə karyerasını bitirdiyini açıqlamasa da, həmin vaxtdan sonra yarışlara qatılmayıb.
Daha əvvəl yayılan məlumatlara görə, amerikalı idmançının ümumi borcu 270 min dollar təşkil edir. Bu məbləğin 99 min 969 dolları 2021 və 2022-ci illər üzrə ödənilməmiş vergilərlə bağlıdır.
-
Sosial04:44105 yaşlı Nazxanım nənə VƏFT ETDİ
-
Səhiyyə02:42Yayılan virusa görə məktəblər bağlana bilər? - MÜTDA-dan AÇIQLAMA
-
Region02:12SON DƏQİQƏ: Etirazçılar SEPAH-ın binasını yandırdılar
-
Sosial01:30Bakıda yaşayış binasında YANĞIN: Ağır xəsarət alan var - VİDEO/YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gizli qalan həqiqətlər üzə çıxacaq
-
Sosial8 Yanvar 23:36Reabilitasiya Mərkəzindən qaçan Nəsimi Nəbizadə görün harada gizlənir - YENİLƏNDİ
-
ABŞ8 Yanvar 23:00Azərbaycanlı gənc ABŞ-də İTKİN DÜŞDÜ
-
Magazin18 Yanvar 22:48Elnarə Abdullayeva onun cavabını efirdən verəcək - “Gözdə-qulaqda olun”






















.jpg)













