Dünya
Buşun Putinə dediyi daha bir gizli açıqlama üzə çıxdı: Biz sizə, siz də bizə...
ABŞ-ın keçmiş prezidenti Corc Buş 2001-ci ildə Rusiya lideri Vladimir Putinlə görüşündə Rusiya və ABŞ-ın bir-biri üçün təhlükə olmadığını bildiribmiş
Publika.az xəbər verir ki, bunu Corc Vaşinqton Universitetinin Milli Təhlükəsizlik Arxivi tərəfindən açıqlanan ABŞ hökumətinin məxfilikdən çıxarılmış sənədləri sübut edir.
"Hücum silahları, müdafiə, yayılma və iqtisadi münasibətlərimiz barədə razılığa gəlməliyik və dünyanın qalan hissəsi də bunu izləyəcək. Biz sizə heç bir təhlükə yaratmırıq, siz də bizə heç bir təhlükə yaratmırsınız", - deyə Buş vurğulayıb.
Ötən ilin sonlarında ABŞ Vladimir Putinlə keçmiş amerikalı həmkarı Corc Buş arasında aparılan söhbətlərin transkriptlərini açıqlamışdı.
Söhbətlərin birində Buş Rusiya liderini "səngərlərdə yanımda görmək istədiyim adam” kimi təsvir edir.
Transkriptdə prezidentlərin 2001-ci ildə yaxın müttəfiq olduqları vurğulanır.
Tural
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ













.jpg)



















