Dünya
ICE agenti 37 yaşlı qadını öldürdü: ABŞ-da ara qarışdı - VİDEO
ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində 37 yaşlı Rene Nikol Qud ABŞ-da İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agentinin açdığı atəş nəticəsində həyatını itirib. Hadisədən sonra şəhərdə etirazlar baş qaldırıb, məktəblər bağlanıb və Milli Qvardiya həyəcan vəziyyətinə gətirilib.
Publika.az xəbər verir ki, sosial mediada qadına hücum anı ilə bağlı görüntülər yayılıb.
Görüntülərə əsasən, bir neçə zabit qadının avtomobilini əhatəyə alaraq qapısını zorla açmağa çalışır. Sürücü uzaqlaşmağa çalışarkən, ICE agenti avtomobilə yaxınlaşaraq atəş açır.
ABŞ Daxili Təhlükəsizlik Departamentinin (DHS) sözçüsü Trisiya Maklaflin və Daxili Təhlükəsizlik Katibi Kristi Noem agentin bu hərəkətini "özünümüdafiə" kimi qələmə verib. Minneapolis meri Ceykob Frey isə bu iddianı rədd edərək, görüntülərin "özünümüdafiə" anlayışını dəstəkləmədiyini söyləyib.

ABŞ Prezidenti Donald Tramp hadisələri "radikal solçular"ın hüquq-mühafizə orqanlarına qarşı təhdidləri və hücumları ilə əlaqələndirib və administrasiyanın ICE-nin yanında olacağını bildirib.
Bu açıqlamalardan sonra Minneapolisdə etirazlar şiddətlənib. Artan gərginlik səbəbindən Minneapolisdə məktəblər də müvəqqəti olaraq bağlanıb. Hadisə ilə bağlı araşdırmanın yerli və federal səviyyələrdə birdən çox kanal vasitəsilə aparıldığı və FTB-nin də araşdırmada iştirak etdiyi bildirilib.
Məlumata görə, istintaq nəqliyyat vasitəsinin yeri, agentin yaxınlaşma bucağı, atəş açmanın əsaslandırılması və "təcili ölümcül təhlükə" həddini aşıb-aşmaması kimi vacib aspektləri diqqətlə araşdıracaq. Yerli hakimiyyət orqanları şəffaflıq və sürət tələb etsə də, federal hakimiyyət orqanları ICE agentini müdafiə etməyə davam edir.
Roza
-
Magazin211:48Hər şey ortaya çıxdı: Görün Xalq artistini kim maliyyələşdirirmiş - FOTO
-
Dünya11:36İranın müttəfiqləri İsrailə hücuma hazırlaşır - Bu ölkədən vuracaqlar
-
Sosial11:04Bu halda cərimə məhkumun əmlakından tutulacaq
-
Sosial10:15Bu şəxslərə maaşının 3 qatı qədər müavinət ödəniləcək - VİDEO
-
Dünya09:24Sərnişin təyyarəsi radarlardan itdi - İçərisində millət vəkili də var
-
ABŞ08:49Tramp Niki Minajın manikürünü bəyəndi: mən də dırnaqlarımı uzadacam...
-
Sağlamlıq07:35Kişilərdə bu risk 35 yaşdan sonra sürətlə artmağa başlayır - DİQQƏT!
-
Magazin106:46Nanə görünüşü ilə bağlı tənqidlərə belə cavab verdi

















.jpg)










.jpg)





