İqtisadi gündəm
Əli Həsənov: "Rusiyanın azərbaycanlı girovlarla bağlı mövqeyi bizi təəssüfləndirir"
"Ermənilər tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Rusiyanın sərgilədiyi mövqe bizi təəssüfləndirir". Trend-in məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.
Ə.Həsənov bildirib ki, girov götürülənlərdən biri Rusiya vətəndaşıdır, onun həyat yoldaşı isə həm rus millətinə mənsubdur, həm də Rusiya vətəndaşıdır: "Bu girovların ailə üzvləri onların azadlığa buraxılması üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. Çox təəssüf edirik ki, Rusiya öz vətəndaşına sahib çıxmadı”.
Baş nazirin müavini vurğulayıb ki, Rusiya tərəfinin tam hüququ var
ki, o girovların ekstradisiyası məsələsini qoysun və heç olmasa,
onlar Rusiya həbsxanalarına köçürülsünlər: "Biz bu məsələni də
dəfələrlə qaldırmışıq, təəssüflər olsun ki, bu məsələ də açıq
qalıb”.
Girovlarla bağlı QHT-lərin Avropa İnsan Hüquqları Məhkəməsinə
müraciətinə münasibət bildirən Ə.Həsənov bu məsələnin müsbət nəticə
verəcəyinə inanmadığını bildirib. O, qeyd edib ki, bu gün dünyada
böyük ədalətsizliklər baş venir: “Ona görə də mən inanmıram ki, nə
Avropa Məhkəməsi, nə də Rusiya tərəfi bu problemi həll edəcək,
yaxud Ermənistan tərəfi düz yola gələcək. Ancaq onu bilirəm ki,
Prezident, Ali Baş Komandan İlham Əliyev özü o girovları azad
edəcək. Bunu yaşayıb görəcəyik. Bu vaxt çox da uzaqda deyil, bu,
baş verəcək. Qoy erməni tərəfi də bunu bilsin".
-
Magazin213:01Supermodel geyimi ilə gündəm oldu - Fotolar
-
İdman12:46Arbeloa Ardanın qolu haqqında elə sözlər dedi ki...
-
ABŞ12:01O sağdırsa, təslim olmalıdır! - Tramp
-
Yaxın Şərq11:21İranda İsrail kəşfiyyatına işləyən xeyli sayda agent saxlanıldı
-
Yaxın Şərq11:01Hələbdə Maral adlı erməni müəllimi amansızlıqla qətlə yetirdilər
-
Nida Xəbər 10:41Belçikanın sabiq Baş naziri Aİ-nin Azərbaycana qarşı ikili yanaşmasını kəskin tənqid etdi
-
MDB10:00Rusiyada zəlzələ baş verdi
-
İdman08:48Arda Gülərdən fantastik qol - Video











.jpg)

























