Dünya
Dünyaya “ağıl verən” ölkə: 2320 cinayət işi, 7 milyardlıq fırıldaq - ŞOK KORRUPSİYA FAKTLARI
ABŞ-da korrupsiya faktları haqda hazırlanan hesabatda diqqətçəkən məqamlar yer alıb.
Publika.az xəbər verir ki, korrupsiya bu ölkədə işsizlikdən sonra ikinci ən böyük bəla hesab olunur. Amerikalıların 80 faizi hesab edir ki, ABŞ hakimiyyət orqanları tamamilə korrupsiyalaşıb.
Bir qədər əvvəl Ağ Evin ən yüksək dairələri ilə bağlı 6 milyard
dollarlıq bir fırıldağın üstü açılmışdı. Hələ ki, bu barədə susmağa
üstünlük verilib. Lakin ABŞ-da korrupsiya faktları kifayət
qədərdir. Misal üçün, İllinoys ştatındakı Dikson şəhərinin maliyyə
xidmətinin rəhbəri Rita Krandvellin 7 il müddətində büdcədən 9 faiz
miqdarında oğurluq etdiyi, nəticədə 30 milyon dollar pul topladığı
aşkarlanıb.
Təkcə bu ilin əvvəlindən bəri ABŞ-da müxtəlif səviyyəli dövlət
məmurlarına qarşı rüşvət ittihamı ilə 2320 cinayət işi açılıb.
Bunlardan 678-i xüsusilə böyük məbləğdə rüşvət ittihamıdır.
Keçən ilin oktyabrında ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin
əməkdaşları ərzaq talonları ilə bağlı saxtakarlıq etdiklərinə görə
korrupsiya ittihamı ilə həbs ediliblər. Belə cinayətlər
saysız-hesabsızdır. Sadəcə, ABŞ-ın dünyadakı imicinə zərər vurmamaq
üçün onların çoxu açılmır. Lakin siyasi intriqalarda bəzən belə
faktlar ortaya çıxır.
Məsələn, ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin İraqda neft
sahəsində çalışan qohumlarına lobbiçilik etdiyi mətbuata
sızdırılmışdı. Bu zaman kələfin bir ucu da Texasdakı neft
firmasında fəaliyyətini davam etdirən prezident Buşa (kiçik) gedib
çıxmışdı. Dünyaya “ağıl verən” ölkə olan ABŞ-da korrupsiya demək
olar ki gündəlik həyat tərzinə çevrilib.
Daha bir nümunə Nyu-Cersi ştatının senatoru, məşhur ermənipərəst
siyasətçi Robert Menendezlə bağlıdır. Bu günlərdə o, cinayət
məsuliyyətinə cəlb edilib. O, korrupsiya və qəsdən fırıldaqçılığın
bir neçə növü də daxil olmaqla 14 maddə üzrə, o cümlədən “dövlət
vəzifəsində olan zaman vəzifə durumunun şəxsi maraqları ilə bir
araya sığmaması” faktının gizlədilməsi maddəsi üzrə ittiham
olunur.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR