Dünya
Məşhur Hollivud ulduzu müsəlmanlara görə güc dövlətlərini qınadı
Amerikalı tanınmış aktrisa, BMT-nin xoşməramlı səfiri Ancelina Coli Suriyada 4 milyon insanın qaçqın vəziyyətinə düşməsinə görə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvlərini çox sərt şəkildə qınayıb.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, məşhur Hollivud ulduzu Ancelina Coli bəyan edib ki, Suriyada vətəndaş müharibəsi başlayan vaxtdan bəri 4 milyon insan qaçqın düşüb.
Onun sözlərinə görə, bütün bunlara əsas səbəb BMT Təhlükəsizlik Şurası üzvləri arasında yaranan qütbləşmədir: “Bu gün BMT Təhlükəsizlik Şurasında Çin və Rusiya Əsəd rejimini dəstəklədiyi halda, ABŞ, İngiltərə və Fransa Suriya müxalifətinin yanında yer alır. Nəticədə, ortada milyonlarla günahsız insan həlak olur. Çox təəssüf ki, Suriyada müdafiəsiz qalan məzlum insanları qorumaqda dünya birliyi hələ də aciz qalıb. Suriyada yanan ocaqların daha da alovlanmasına çarəsiz şəkildə seyrçi qala bilmərik. Mən dünya birliyinə çağırış edirəm, bir an içində bu qütbləşməyə son qoyulsun”.
Vasif Həsənli
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR