Bakı 2015
Bakı-2015-ə doğru: Biri dinamika yaradacaq, biri həm istirahət edəcək, həm də...
Voleybol məşhurluğuna və auditoriyasına görə komanda idman növlərində sadəcə futbol və basketboldan geri qalır. Amma həndbol, buz xokkeyi, reqbi kimi populyar idman növlərini ötüb keçir. ABŞ-da yaradılan bu idman növü hazırda bütün ölkələrdə sevilir və oynanılır.
Hər zaman diqqət mərkəzində olan bu idman növü İlk Avropa Oyunlarının da proqramına salınıb. Dünya ölkələrinin böyük səbirsizliklə gözlədiyi bu mötəbər turnirdə voleybol iki üslubda oynanılacaq – zal və çimərlik voleybolu.
Publika.az İlk Avropa Oyunlarında keçiriləcək idman növləri və iştirakçıları ilə bağlı silsilə yazıları voleybol ilə davam etdirir.
ABŞ-da yarandı, SSRİ tarix yazdı
Əvvəldə də dediyim kimi, bu idman növü ABŞ-da 1895-ci ildə bədən tərbiyəsi müəllimi Uilyam Morqan tərəfindən kəşf edilir. Uilyam Morqan bu oyunu "Mintonette" adlandırır. Yarandığı gündən hər kəsdə maraq oyadan bu idman növündə yarış keçirilməsinə qərar verilir. Elə həmin il iyulun 7-də ilk voleybol oyunu təşkil edilir. Daha sonra YMCA (Sprinqfild Gənc Kişilər Xristian Birliyi) adlı dərnəyin üzvü olan Uilyam mintonette oyununu gənclərin idmanla məşğul olması üçün inkişaf etdirir - basketbol, beyzbol, tennis və həndbolun bəzi funksiyalarını bu oyunda bir araya gətirir. Ancaq bu idman növü daha da inkişaf etdirilir və 1906-cı ildə Sprinqfild kollecində YMCA konqresi bir araya gələrək Dr.Mintonettenin adını daşıyan bu idman növünü "volleyball" adıyla əvəzləyir.
İlk beynəlxalq turnir 1913-cü ildə Asiya qitəsində keçirilir. Turnirə Çin, Yaponiya və Filippin qatılır. Voleybol Avropaya amerikalı əsgərlər sayəsində yayılır. Belə ki, birinci dünya müharibəsi illərində Avropaya gedən amerikalı əsgərlər voleybolu bu qitədə tanıtmağa başlayır. 1947-ci ildə ilk dəfə olaraq voleybol üzrə dünya çempionatı təşkil edilir. Kişilər arasında keçirilən turnirdə sonda qalib adına Çexoslovakiya layiq görülür.
Vaxt keçdikcə daha da məşhurlaşan bu idman növü ilə qadınlar da məşğul olmağa başlayır. 1952-ci ildə isə qadınlar arasında ilk dünya çempionatı təşkil olunur. Bu turnirdə SSRİ komandası qalib olur. Polşa ikinci, Çexoslovakiya isə üçüncü yeri tutur.
Getdikcə hər kəsdə maraq doğuran voleybol 1964-cü ildən Yay Olimpiya Oyunlarının proqramına salınır. Elə həmin il Tokyoda keçirilən Yay Olimpiya Oyunlarının idman yarışları proqramında voleybolun 2 növü olmalı idi. Bunlar kişi və qadın milli voleybol komandalarının iştirak edəcəyi turnirlər idi. Sonda Sovet Sosialist Respublikaları İttifaqının olimpiyaçıları kişilərin yarışlarında ilk olimpiya çempionu olur. Gümüş medalı Yaponiya, bürünc medalı isə Çexoslovakiya olimpiyaçıları qazanır. Yaponiyanın çempionluğu ilə başa çatan qadınların turnirində isə gümüş medal SSRİ-yə, bürünc medal isə Polşaya qismət olur.
Bizdə voleybol
Azərbaycanda voleybol XX əsrin ortalarından məşhurlaşmağa başlayır. Ölkəmizdə xüsusilə qadın voleybolu inkişaf edirdi. Dünyada ilk və hələ ki, yeganə 4 dəfə Olimpiya mükafatçısı olan voleybolçu məhz Azərbaycan voleybol məktəbinin yetirməsi olan İnna Rıskaldır. O, Yay Olimpiya Oyunlarında qazandığı 4 medalla tarixi rekorda imza atır. Maraqlısı ondadır ki, bu rekord hələ də yenilənməyib.
Tətildə həm istirahət, həm idman...
Voleybolu isti hava şəraitinə, istirahətə də uyğunlaşdıran mütəxəssislər bu idmanı çimərliyə daşıyır. Çimərlik voleybolu ilk dəfə olaraq, 1915-ci ildə kaliforniyalılar tərəfindən Kaliforniyanın Santa Monika adlanan qumlu ərazisində oynanılıb. Çimərlik voleybolu zal voleybolundan komanda sayına görə də fərqlənir. Orda hər komandada 6 nəfər olursa, çimərlik voleybolunda hər komandada 2 nəfər olur.
Bu idman növündə ilk beynəlxalq turnir 1924-cü ildə keçirilib. 1996-cı ildən isə Çimərlik voleybolu Yay Olimpiya Oyunlarının proqramına salınıb. Atlantada keçirilən 1996 Yay Olimpiya Oyunlarında olduqca diqqət çəkən çimərlik voleybolu o gündən olimpiadanın proqramındadır.
Avropa Oyunlarında “dinamika”
Əvvəldə də dediyimiz kimi, bu gün dünyada ən populyar və dinamik idman növlərindən biri sayılan voleybol ölkəmizdə keçiriləcək I Avropa oyunlarının da proqramına salınıb. Mütəxəssislərin fikrincə, Avropa komandaları bu növdə ən güclülər sırasındadırlar.
Bakı 2015 Avropa Oyunlarında Voleybol yarışları iyunun 13-28-də baş tutacaq. Bu növdə 480 idmançı - kişilər və qadınlar arasında hərəsində 12 komandanın iştirak edəcəyi və simvola çevrilmiş məşhur Bakı Kristal Zalında keçiriləcək voleybol yarışlarında iki medal dəsti uğrunda mübarizə aparacaqlar.
Yarışlarda Rio 2016 Olimpiya Oyunları üçün kvalifikasiya xalları qazanmaq imkanı da olacaq.
Çimərlik arenasında medal üçün tər töküləcək
I Avropa oyunları proqramına salınan Çimərlik voleybolu üzrə yarışlar Çimərlik arenasında baş tutacaq. Bu mötəbər turnirdə kişilər və qadınlar da daxil olmaqla 64 komanda medal uğrunda mübarizə aparacaq. 128 idmançı 6 yarış günü 2 medal dəsti üçün yarışacaq.
Qızıl medala gedən yolda idmançılar oyunun tempini və rəqiblərinə qarşı xalları artırmaq üçün sözün əsl mənasında tər tökəcəklər. Yarış iyunun 16‐dan 21-dək davam edəcək. Həmçinin bu yarış da Rio-2016 Yay Olimpiya Oyunları üçün reytinq xalları qazanmağa imkan yaradır. Açıq hava arenası yarışlar zamanı dünyanın ən məşhur çimərlik idman növlərindən biri olan çimərlik voleybolundan zövq almaq istəyən 3900 tamaşaçını qarşılamaq imkanına malikdir.
Aygün İlqarqızı
Əvvəlki yazıların linkləri: Gimnastika, Stolüstü Tennis, Triatlon, Atıcılıq, Badminton, Avarçəkmə, Velosiped idmanı, Basketbol, Çimərlik futbolu, Karate, Taekvondo, Güləş, Kamandan oxatma, Su İdman Növləri
-
Sosial12:32
Dron hücumu: Bakıdan Minvoda uçan təyyarə geri döndü - FOTO
-
Dünya12:06
Kadırov maddi yardım təklif etdi: Azərbaycan bu cavabı verdi
-
Sosial11:54
Abşeronda dəhşətli hadisə: Həbsdən çıxan kişi... - VİDEO
-
Sosial11:36
Çağırış yaşının yuxarı həddinin azaldılması təsdiqləndi
-
Nida Xəbər 10:58
Rusiya hadisədən iki həftə əvvəl... - Qəza ilə bağlı şok faktlar üzə çıxdı
-
Maraq dünyası10:14
İlan ilində bu hədiyyələri vermək olmaz - Astroloq xəbərdarlıq etdi
-
İdman08:48
Miqrenin müalicəsində İNQİLABİ KƏŞF
-
ABŞ08:12
Bu ölkədə quş qripi mutasiyaya uğradı - İLK YOLUXMA