Azərbaycanın dünyaya səs salan gözəlləri - FOTOLAR
Bizi izləyin

Layihə

Azərbaycanın dünyaya səs salan gözəlləri - FOTOLAR

Publika.az-ın “9 don” layihəsi çərçivəsində bu həftə Azərbaycanın ən gözəl xanımlarının siyahısını hazırlamışıq. Siyahıda damarlarında Azərbaycan qanı axan gözəllər yer alıb. Bu qızlar təkcə gözəlliklərinə görə deyil, həm də istedadlarına görə qiymətləndirilib.

Əslən azərbaycanlı olan Fərəh Pəhləvinin gözəlliyi hələ də dillərdə dolaşır. Fərəh Pəhləvi 1938-ci il oktyabrın 14-də Tehran şəhərində anadan olub. O, İranın imperatriçəsi və Məhəmməd Rza Pəhləvi şahın həyat yoldaşı olub. Şahın üç xanımı arasında yalnız onun üçün tacqoyma mərasimi keçirilib və şahbanu titulu verilib. O dövrdə Şərqdə qadınlara belə hüquqlar verilmirdi və bu hadisə böyük əks-səda doğurmuşdu.

Fərəh Pəhləvi özünəməxsus tərzdə geyindiyi üçün o dövrdə İranda dəb qaydalarını yaradan xanım kimi tanınır. Onun zamanında qızları baletə qoymaq və Qərbdə oxutmaq populyarlaşmışdı. Şahbanu mütəmadi olaraq İran əyalətlərini gəzərək xalqla ünsiyyətdə olur, tibb və təhsil ocaqlarının vəziyyətini yaxşılaşdırırdı. Öz fəaliyyəti nəticəsində şahbanu xalq arasında böyük populyarlıq qazanmışdı. Şahbanu Qərbdə də çox məşhur idi. Şah və şahbanu Şərqin ən gözəl cütlüklərindən hesab olunurdular.

Aysel Teymurzadə 2009-cu ildə “Eurovision” müsabiqəsində Azərbaycanı təmsil etmişdi. O, əsrarəngiz gözəlliyi ilə hamının sevgisini və sözügedən yarışma çərçivəsində keçirilən “Eurovision gözəli” müsabiqəsinin də qalibi seçilmişdi. Ayselin məlahətli səsi yarışmada onu 3-cü etmişdi. Müsabiqədən sonra hamı bu qızın kimliyi ilə maraqlanırdı. Əlbəttə ki, Aysel Teymurzadə sözügedən yarışmada ancaq gözəlliyi fərqlənmirdi. Təəssüf ki, gənc ifaçı karyerası ilə çox tez vidalaşdı. O, parlaq səhnəni isti yuvaya dəyişdi. 1989-cu il təvəllüdlü Aysel Teymurzadə dlü Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla ailəlidir. Cütlüyün bir qızı, bir oğlu var.

Qeyd edək ki, Murad Adıgözəlov məşhur Adıgözəlovlar nəslinin nümayəndəsidir. O, 1973-cü ilin noyabrın 20-də Bakı şəhərində anadan olub. Aysellə nikaha daxil olana qədər isə maestro ailəli olub, övladı da var.

Müğənni Nigar Camalın gözəlliyi dünyaca tanınmış müğənni Cennifer Lopezlə müqayisə olunur. Çünki onlar bir-birinə inanılmaz dərəcədə bənzəyirlər. Onun qısa zaman ərzində məşhurluq əldə etməsi bununla bağlıdır.

O, 1980-ci ildə anadan olub. Nigar Camal İctimai Televiziyanın keçirdiyi müsabiqənin qalibi olaraq 2011-ci ildə Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edib və qalib gəlib. Azərbaycana qabiliyyət bəxş edən müğənni məşhurluğunu bu yarışmadan sonra qazanıb. Həmin il Azərbaycanda "İlin adamı" statusunu qazanmışdı. Nigar Camal eyni zamanda BMT-nin yol hərəkəti qaydaları üzrə xoşməramlı səfiridir.

Müğənni 2005-ci ildə türkiyəli iş adamı ilə ailə qurub. Onların bu nikahından 2 qızı var. Məşhur müğənni bir neçə ildir ki, həyat yoldaşından boşanıb.

Nigar Camal R&B, soul və pop janrlarında musiqilər ifa edir.

Əgər Aişvarya Ray və Priti Zinta Şərqin ən cazibədar xanımlarından sayılırsa, Oksana Rəsulova da Azərbaycanın ən cazibədar xanımıdır. O, bir baxışı ilə hər kəsi valeh edə bilər, hələ üstəlik, buraya rəqsləri də əlavə olunsa, gözəllik və mükəmməl rəqs tandeminin birləşməsini özünüz təsəvvür edin...

Oksana Rəsulova 19 dekabr 1982-ci ildə Şirvan şəhərində ziyalı ailəsində dünyaya gəlib. O, 3 yaşından hind rəqslərinə böyük həvəs göstərib. Oksanaya bu həvəs hind filmlərinin pərəstişkarı olan xalasından keçib. Ailəsi ilə birlikdə Rusiyaya köçən Oksana uzun müddət Rusiya Federasiyasında yaşayıb. Rəqs təhsilini orada davam etdirib və Uşaq Xoreoqrafiya məktəbinə daxil olub. Rəqslə paralel olaraq, təhsilini də davam etdirən Oksana daha sonra tibb akademiyasına daxil olub və ginekologiya ixtisası üzrə təhsil alıb. Lakin gələcəyini rəqssiz təsəvvür etməyən Oksana həkimliyin daşını atıb, hind rəqsləri ilə daha ciddi məşğul olmağa başlayıb. Vətənə qayıtdıqdan sonra Oksana Rəsulova dəfələrlə beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil edib və qalib gəlib. 2014-cü ildə Hindistanın “Zee Tv” telekanalında keçirilən "India's Best Cine Star Ki Khoj" adlanan realiti şousunun qalibi olub.

Rəqqasə Azərbaycanlı reper Elşad Xose ilə evli olub. Lakin bu evlilik uzun sürməyib. Onların hansı səbəbdən ayrıldıqları bu günə qədər naməlum olaraq qalır. Hazırda rəqqasə subaydır.

Azərbaycanın ən gözəl xanımlarından biri də Safura Əliyevadır. Qıyıq gözləri, qamətli bədənə malik olduğu üçün onu tez-tez modellərlə müqayisə edirdilər.

Qızlıq soyadı Əlizadə olan Safura Əliyeva 1992-ci ilin 20 sentyabrında anadan olub. O, uşaqlıqdan musiqiyə böyük həvəs göstərib. Kaman və saksofon üzrə orta musiqi təhsili var. “Yeni Ulduz 8” yarışmasında iştirakından sonra məşhurlaşıb və birinci yerə layiq görülüb. 2010-cu ildə isə Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edib. Yarışmanın final mərhələsində uğurla çıxış edərək 145 balla beşinci yerdə qərarlaşmışdı. Safura Əliyeva sözügedən yarışmada təkcə ifa tərzi ilə deyil, həm də gözəlliyi ilə hər kəsi heyran etmişdi. Hətta yarışmanın ən gözəl xanımı seçilmişdi.

O, 2013-cü ildə sənaye və energetika nazirinin oğlu Fərhad Əliyevlə ailə qurub. Ailə qurduqdan sonra karyerasına son qoyub. Cütlük hazırda İstanbulda yaşayır. Onların İsgəndər adlı bir oğlu var.

Könül Nağıyevanın miniatür, qadınsayağı, zərif üz cizgiləri, mənalı gözləri bizə icazə verir ki, onu siyahıya daxil edək. O, ideal bədən quruluşu, məsum gözəlliyi ilə Hollivud aktrisalarına meydan oxuya bilər.

Könül Nağıyeva “Nargis” jurnalının redaktorudur. O, eyni zamanda aktrisa kimi fəaliyyət göstərir.

Nigar Mahmudova mavi gözləri, açıq dərisi ilə tipik Azərbaycan qızlarından xeyli fərqlənir. Elə bu xüsusiyyətlərinə görə, 2011-ci ildə aparılan sorğu nəticəsində Azərbaycanın ən gözəl aparıcısı seçilmişdi.

Nigar Mahmudova 1981-ci il dekabrın 12-də Bakı şəhərində anadan olub. 288 saylı orta məktəbi və musiqi məktəbinin fortepiano sinfini bitirib. Daha sonra Rəssamlıq Akademiyasının modelyer-rəssam fakültəsinin bakalavr və magistr pilləsində təhsil alıb.

Təəssüf ki, aparıcının sevgidə bəxti gözəl olmayıb. Yaşıl gözlü aparıcımız öz yarını hələ də tapmayıb... Xatırladaq ki, aparıcı bir dəfə evli olub.

Türkiyəli model və aktrisa Selin Şekerci 1988-ci ildə anadan olub. Onun atası ərəb, anası isə azərbaycanlıdır. İbtidai sinfi, orta məktəb və liseyi İzmirdə oxuyub. İzmir Dövlət Teatrında tamaşalarda iştirak edib. İzmirdə özəl teatrlarda uşaq tamaşalarında oynayıb. Daha sonra İstanbula gəlib, seriallarda və reklamlarda oynamağa təklif alıb.

Azərbaycan əsilli Leyla İsmayılova 1989-cu ildə iyulun 28-də Ağdamda anadan olub. Atası azərbaycanlı Rizvan İsmayılov, anası Halina Rujantsova isə belarusiyalıdır. Leylanın atası Ağdamda neft bazasının direktoru vəzifəsində çalışıb, lakin sona qədər şəhəri tərk etməyib. O, ermənilər tərəfdən açılan atəş nəticəsində vəfat edib. Atasını itirəndə Leylanın 3 yaşı var idi. Bundan sonra bacısı, qardaşı və anası ilə birlikdə birdəfəlik Minskə köçüb.

Leyla İsmayılova Belarusiyada jurnalist, teleaparıcın və model kimi fəaliyyət göstərir. O, "Eurovision" uşaq mahnı müsabiqəsində aparıcısı qismində çıxışından sonra məşhurlaşıb.

Əzizə Mustafazadə gənclik illərində çox cazibədar xanım olub. O, 1969-cu ildə dekabrın 19-da Bakıda andan olub. Əzizə Mustafazadə Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızıdır. Anası Eliza isə gürcü mənşəli müğənnidir.

Əzizə atasının sənətini davam etdirir. Əzizə Mustafazadə – dünyada Aziza Mustafa Zadeh kimi tanınan tanınır. O, məşhur pianoçu, bəstəkar və caz-muğam musiqi növünün yaradıcısı və ifaçısıdır. Qeyri-adi üz cizgilərinə malik olan caz ifaçısı hazırda anası Eliza Mustafazadə ilə bərabər Almaniyada yaşayır.

Minarə Allahverdiyeva Azərbaycanda ən tanınmış modellərdən biridir. Modelin xarici görünüşü klassik gözəllik standartlarından xeyli fərqlənir. Onu cəlbedici edən də məhz budur. Model 1983-ci ildə fevralın 1-də anadan olub. Modellikdən əlavə, aktrisa kimi də fəaliyyət göstərir.

Modelin 32 yaşı olmasına baxmayaraq, 18 yaşlı qızlarla rəqabət apara bilər. Minarə Allahverdiyeva müsahibələrində etiraf edib ki, qeyri-adi gözəlliyi valideynlərindən miras qalıb. Onun yaşıl gözləri, ideal bədən quruluşu, uzun qara saçı, boy-buxunu qarşısında türkiyəli prodüser Kamal Cenk İçtendən də tab gətirə bilmir və ona evlilik təklifi edir. Cütlük 2014-cü ilin fevralında ailə qurub. Xatırladaq ki, modelin birinci evliliyindən 12 yaşlı qızı var.

Bianka Balti Avropanın ən perspektivli super modellərindən biridir. O, 1984-cü il mayın 25-ində İtaliyanın Lombardiya əyalətində dünyaya gəlib. Atası italyan, anası isə - Məryəm Bikə Mərzani azərbaycanlıdır. O, İtaliyanın qüruru, Azərbaycanın isə fəxridir.

30 yaşı olmasına baxmayaraq, 20 yaşlı qız kimi görünür. İdmanla məşğul olmur, ancaq çox zərif və nərmə-nazik xanımdır, eyni ilə anası kimi. Mavi gözlərini və cəlbedici dodaqlarını isə azərbaycanlı anasından aldığını deyə bilmərəm, çünki üzdən heç oxşamırlar.

Banu Şücai Azərbaycanın ən perspektivli modellərindən biri sayılır. Onu xarici görkəminə görə, yuxarıda haqqında danışdığımız Bianka Balti ilə müqayisə edirlər.

"Miss Azərbaycan 2015"-in finalçısı Azərbaycanın ən gözəl qızlarından biri olmağa layiqdir.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm