KQB sonuncu ağanı necə güllələdi? - GİZLİ TARİX
Bizi izləyin

Gizli tarix

KQB sonuncu ağanı necə güllələdi? - GİZLİ TARİX

Bir şəklin tarixçəsi

Yetmişinci illərdə Zaqatalada maraqlı bir hadisə baş verir. Mustafa ağanın uşaqlarından olan Sultan kişi Zaqatala bazarına kartof satmağa gedir.

Rayon bazarında məskən salan Sultan kişi piştaxtasının qabağına "Gədəbəy" sözü yazılmış karton parça asır. Axşam çağı onun yanına qırmızıyanaq bir ləzgi kişisi yanaşır.

Asta səslə ondan həqiqətən də Gədəbəydən olub -olmadığını soruşur. Sultan kişi başı ilə ordan olduğunu təsdiq edir.

Ləzgi ondan Yaqublu kəndini tanıyıb- tanımadığını soruşur.

Cavabından razı qalan zaqatalalı ona təəccüb doğuran bir sual da verir:

-Mustafa ağanı tanıyırsanmı?

İllər uzunu başı qovğadan, problemdən qurtarmayan Sultan kişi suala birbaşa cavab verə bilmir.

Bir az düşündükdən sonra qərara alır ki, onu tanımadığını desin.

Bundan sonra, Ləzgi təəssüflə bildirir ki, atası Mustafa ağa ilə birgə Çar dövründə iş yoldaşı olub.

Bu sözləri eşitdikdə Sultan kişi tanışlıq verir və məlum olur ki, ləzgi Mustafa ağanın iş yoldaşı, dostu Muradın oğlu imiş.

Mustafa ağadan qalan yeganə şəkli də məhz onun törəmələrinə ləzgi Muradın oğlu verir.

Tarixi acı həqiqət o ndan ibarət idi ki, qohumlarında belə heç kəs Mustafa ağanın şəklini saxlaya bilməmişq orxularından cırıb atmışdılar.

Siyaş bəyin sonu

Mustafa ağa xanədanından yegnə qalan bu şəkildəki ortada dayanan uşaq Mustafa ağanın qardaşı Şəmil bəyin oğlu Siyaşdır.

Mustafa ağanın həbsindən sonra Şura hökuməti hələ uşaq olan Siyaşa toxunmur. Otuzuncu illərə qədər kimsəsiz yaşayan bəy oğlu artıq yetkinləşən vaxt yada düşür və elə problemlər də bundan sonra meydana çıxır.

QOLÇOMAQ oğlu olması və hər yandan onu bir cüt öküz kotanınna satacaq bir insanın varlığı Siyaş üçün əsl təhlükə idi.

Mustafa ağanın ölmündən sonra təkbaşına qalan Siyaş bir müddət sonra Türkiyəyə getmək üçün təklif alır.Mustafa ağanın dostu olan Murad bəy gecəninn birində onu aparmaq üçün evlərinə gəlir.

Nə qədər dilə tutsa da Şəkərbəyi tərk etməyən Siyaş bəlkə də bu addımı ilə könüllü olaraq ölmünə imza atdığını bilmir.

Sovet hökuməti Siyaşı uşaqlığına bağışlasa da onun böyümək üçün zaman vermişdi. 1932-ci ildə qəflətən ÇEKA atlıları Şəkərbəyə basqın edir. Siyaş həbs edilir. Məhkəmə onu xalq düşməninin qardaşı oğlu olduğu

üçün ona nisbətən yüngül "15 illik həbs" cəzası kəsir.

Bayılda ölüm düşərgəsi

Bayıl türməsinin dəhşətli əzablarından alnıaçıq çıxan bəy oğlunun yaxasından əl çəkmirlər.

DTK tərəfindən ələ alnınmış bir neçə şəxs gecənin birində ona hücum edir.

Şahidlərin dediyinə görə, qanlı çarpışmadan xəbər tutan və səsini eşidən həbsxana rəhbərliyi dava-dalaşa müdaxilə etmir və işin sonunu gözləyir.

Uzu bir müddətdən sonra nəzarətçi gəlib qapını açdıqda gördüyü mənzərədən təəccüblənir: Siyaş üç nəfəri qanına-qəltan edib, yan-yana düzərək tamaşa edir.

Çoxdan idi ki, Siyaşın fiziki məhvinə çalışan həbsxana rəhərliyinin əlinə imkan düşür.Üç saatlıq "Troyka"məhkəmənin sonu güllələnmə qərarı ilə bitir.

Mustafa ağanın nəslindən sağa qalan sonuncu ağanın da taleyi burda başa çatır.

(Əvvəli burda http://publika.az/p/16153)

Davamı var

Əziz Əlibəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm