Sovet rəhbərinin kürk, ölüm və qadın məsələsi – FOTOLAR
Bizi izləyin

Sovet sirləri

Sovet rəhbərinin kürk, ölüm və qadın məsələsi – FOTOLAR

SSRİ dövlət xadimi, ölkənin ikinci şəxsi Aleksey Nikolayeviç Kosıgin və gizli məqamları...

İndi çağıraram Kosıqanı...

Savadlı biri olmaqla yanaşı, Kosıgin fenomenal yaddaşa da malik olub. O, beynində böyük sayda rəqəmlər, məlumatlar saxlaya bilib.

Deyirlər, bir dəfə xarici rəhbərlərdən biri Stalinə maliyyə ilə bağlı sual verir, bu yerdə: “İndi Kosıqanı çağıraram, o, istənilən sualınızı cavablandırar” – Stalin razı halda söyləyir.

Məişətdə Kosıgin bir o qədər ambisiyalı deyildi. Əlbəttə, ölkənin ikinci adamı kimi müəyyən imtiyazlara malik idi. Amma heç vaxt onlardan şəxsi və ailə məqsədlərində istifadə etmirdi. Onunla çalışan zabitlər çoxsaylı misallar göstərir. 1970-1980-ci illərdə Kosıginin sürücüsü olmuş Qennadi Pavlyuk xatırlayır:

“1973-cü ildə onun adına Almaniya Federativ Respublikasının kansleri Villi Brandt tərəfindən hədiyyə olunmuş “Mersedes” qeydiyyata alınmışdı. Lakin Kosıgin onu götürməkdən imtina etdi: “Onu mühafizədə istismar edin”. Bax belə...

Valentin Seryoqin Aleksey Nikolayeviçin bağ evləri barədə danışır:

“Onun istifadə etdiyi bütün bağ evləri dövlətə məxsus idi. Pitsunda da istirahət etməyi sevirdi. Litvadakı bağ evində bir dəfə olmuşdu. Ən çox Yurmaladakı “Rijskoe vzmorye” sanatoriyasında və ya Kislovodskda dincəlirdi. Burada Kosıgin ümumi yeməkxanadan istifadə edirdi.

Daha bir məqam. Aleksey Nikolayeviçin qızı şuba sifariş etmişdi. Xəz atelyesindən zəng edib dedilər: “Sabah xəzin qiyməti qalxacaq. Şubanın pulunu bu gün ödəmək lazımdır, yoxsa sabah otuz faiz baha olacaq!” Lyudmila Alekseyevaya xəbər etdim. Sonra Kosıgin məni çağırıb dedi: “Bu gün heç nə ödəmək lazım deyil. Pul çatmasa, özüm əlavə edərəm üstünə. Evdəkilərə bahalaşma barədə qəsdən heç nə deməmişəm” .

Sevimli qadının üçün küçə...

Kosıgin həyat yoldaşı ilə qırx il birgə yaşadı. Klavdiya Andreyevna 1967-ci ilin 1 mayında vəfat etdi. Bu xəbəri ona elə 1 may nümayişi vaxtı çatdırırlar. Xəbəri eşidən Kosıginin üzündə bir əzələ belə tərpənməsə də, xəstəxanada göz yaşlarına hakim ola bilmir.

Aleksey Salnikov deyir: “Aleksey Salnikov Klavdiya Andreyevnanı çox sevirdi. Bir dəfə o yaşadığım mənzillə, küçə ilə maraqlandı. Dedi ki, bu küçəni düzəltmək üçün çox pul sərf ediblər. Klavdiya Andreyevna mənə demişdi: “Alyoşa, gəl, Moskvada hündür binaların, mağazaların, enli səkilərin olduğu küçə tikək. Alış-veriş edək, kafedə oturaq və dondurma yeyə bilək. Belə bir küçə olsun!” .

Bu prospekt Klavdiya Andreyevnanın arzusu idi... Aleksey Nikolayeviç ömrünün son illərinə qədər Kalininski küçəsində piyada gəzir, “Oktyabr” kinoteatrının arxasındakı çörəkçixanadan çörək alırdı”.

Detalları yalnız Andropov bilirdi...

Kosıginin ölümün bir addımlığında olduğu anları çox olub. Müharibə vaxtı bombardmana düşüb, dəhşətli avtomobil qəzaları keçirib və s.

Nikolay Yeqorov Kosıgini ölümdən xilas edən insandır. Əhvalatı onun dilindən öyrənək: “1978-ci ilin iyul ayı idi. Aleksey Nikolayeviç nahardan sonra istirahət etmək qərarına gəldi. Çaya getdi. Yetmiş dörd yaşının olmasına baxmayaraq, idmançıya bənzəyirdi. Professional “Skif” qayığı vardı. Biz Serqey Vorontsovla adi turist qayığında üzürdük.

İki yüz metr üzdük, birdən gördük ki, Kosıgin daha avar çəkmir və yavaş-yavaş yana yıxılır. Dərhal suya hoppanıb onun qayığına tərəf üzdüm. Qayığı çevrildi.

Vorontsovla bərabər onu sahilə çıxardıq, süni nəfəs verdik. Təcili yardım gələndə Aleksey Nikolayeviç artıq özünə gəlmişdi, validol istədi. Tibb bacısı iynək vurmaq istəsə də, icazə vermədik və Kosıgini yaxınlıqda yerləşən Müdafiə Nazirliyinin hospitalına apardıq.

Andropov baş verənlərin detallarını məndən öyrəndi. Onunla bu haqda gizli xətdə danışdıq...

Sonuncu məktub

Kosıginin mühafizəsində çalışanların dediklərinə görə, politbüroda və hətta Mərkəzi Komitədə onu heç kim sevmirdi - düzgünlüyünə, tələbkarlığına və sərtliyinə görə. Amma o, yüksək səviyyəli iqtisadçı idi və uzun illər ölkə iqtisadiyyatı onun çiyinlərində dayanıb. Bu səbəbdən, partiya liderləri onsuz keçinməyin mümkün olmadığını başa düşürdülər.

Brejnev isə onu dövlət başçısı kimi görməyə hazır idi. Amma bununla bərabər, Kosıginin yerinə keçməyi arzulayan müavini Tixonov, bir yandan da Çernenko aranı necə lazımdırsa, qarışdıra bilirdi. Məhz o, Aleksey Nikolayeviçə zəng edib istefa haqda məktub yazmağı məsləhət gördü.

Aleksey Nikolayeviç düşünmədən məktubu yazıb, masanın üstünə qoydu. İclasda Kosıginin istefa haqda “qərar”ı qəbul edildi...

Aleksey Nikolayeviç Kosıgin Brejnevin doğum günü ərəfəsində vəfat etdiyinə görə, onun ölməsi xəbərini üç gün sonra verdilər...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm