Kommunal sahədə korrupsiya amilləri araşdırılacaq
“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi “Kommunal sahədə korrupsiyanın səbəbləri və xüsusiyyətlərinin öyrənilməsi” layihəsinə start verib.
Fevralın 1-dən start götürən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin əsas məqsədi kommunal sahədə korrupsiyanın səbəbləri və xüsusiyyətlərini araşdırmaqdır. Bunun üçün vətəndaşlar arasında indikatorlar üzrə sorğu keçirləcək, dəyirmi masalar təşkil olunacaq və korrupsiyaya yol açan problemlərə aydınlıq gətirləcək.
İctimai Birliyin mövqeyinə görə, kommunal sektor hələ də bazar dəyişikliklərindən az təsirlənmiş bir sahədir. Kommunal qurumların cari xərcləri hökümətin büdcəsi hesabına maliyyələşdirilir, xərc və zərərləri azaltmaq üçün rəqabət və təşviq yoxdur, özəl biznes və özəl investisiyaları bu sahəyə cəlb etmək mümkün olmur. Alternativ xidmətlər göstərən qurumların olmaması və kommunal sahənin sırf hökümətin nəzarətində olması, nəzarət mexanizimlərinin mürəkkəbliyi korrupsiya və rüşvətə yol açır.
Hökümət kommunal sahələrə daha ciddi nəzarət edə bilmək üçün bir çox istiqamətdə işlər görür və layihələr həyata keçirir. Bunun üçün Azərbaycan hökuməti 2011-ci ildən Açıq Hökümət Tərəfdaşlığı
beynəlxalq təşəbbüsünə qoşulub. Hökümət AHT çərçivəsində hər il müəyyən layihələr həyata keçrir ki, korrupsiya və rüşvəti yaradan əsas məsələləri araşdırıb, onun qarşısını alsın.
İctimai Birlik də bu istiqamətdə zaman-zaman uğurlu layihələr həyata keçrib. Yeni başladığmız bu layihə də
işlərmizin davamı kimi qiymətləndirilə bilər.
-
Magazin100:15Azərbaycanlı müğənni ağır qəzaya düşdü
-
Qoroskop00:00Günün ulduz falı - Sizin ən güclü silahınız odur
-
Magazin13 Mart 23:48Zaur Əmiraslanova ağır itki üz verdi
-
Dünya3 Mart 23:36"Qanlı Ay" tutulması - Kimlər görə bildi?
-
Region3 Mart 23:24İranın məxfi nüvə mərkəzi vuruldu
-
Region3 Mart 22:40Xameneinin dəfn yeri məlum oldu
-
Sağlamlıq3 Mart 21:48Sağlam yuxunun müddəti müəyyən edildi
-
Region3 Mart 20:24İranın yeganə PUA daşıyıcısı məhv edildi













.jpg)









.jpg)






