Bütün gözlər Cennifer Lopezə dikildi - VİDEO
Bizi izləyin

Bütün gözlər Cennifer Lopezə dikildi - VİDEO

Müğənni Cennifer Lopez özü haqqında bioqrafik filmin premyerasında göz qamaşdırıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ulduz nəhayət böyük ekranda özü haqqında çəkilmiş sənədli filmin son versiyasını görə bilib. Nüfuzlu Tribeka Festivalı çərçivəsində müğənninin karyerasından bəhs edən “Netflix”in “Halftime” sənədli filminin premyerası olub. Şübhəsiz ki, ulduz əlamətdar hadisəni qaçıra bilməzdi.

Ben Afflekdən başqa Cennifer Lopezin həyatında daha bir kişi var. Bu, onun sensasiyalı obrazlarının müəllifi dizayner Tom Forddur. Bu dəfə brend öz nüfuzlu müştərisinə məxmər paltar təklif edib. Sensasiya odur ki, sinə və omba nahiyəsində şəffaf əlavələri olunub. Buna baxmayaraq, ulduz kifayət qədər zərif görünürdü, heç də “ədəbsiz” deyildi. O, görünüşünü “Lorraine Schwartz” zinət əşyaları ilə tamamlayıb. Məlumdur ki, müğənni və aktrisa bədən cizgilərini vurğulayan geyimləri həvəslə geyinir, çünki məşhur özünü formada saxlamağa çox vaxt ayırır. Paparassilər də təsdiq edir ki, Ceylo fitnes mərkəzindən çıxmaq bilmir.

Afflekin nişanlısı tədbirdə iştirak etməsə də, dediyimiz kimi, 8,5 karatlıq nadir yaşıl brilyantdan ibarət təsirli nişan üzük aktyorun ulduzun həyatındakı mühüm rolunu xatırladıb.

“Netflix” üçün çəkilmiş filmdə Cenniferin şöhrətə gedən yolu, eləcə də karyerasındakı zəfərləri və çətin anları əks olunub. Filmin adı ulduzun ömrünü yarıladığına - 50 yaşı tamam olmasına işarə edir.

“Çempionlar oyunun ikinci yarısında müəyyənləşir. Hiss etdiyim budur, bütün həyatım hələ qarşımdadır və həyəcanlıyam”, - ulduz açıqlamasında bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm