"Dior"dan möhtəşəm Sevilya dəfiləsi - FOTO
“Dior”un İspaniyaya həsr olunmuş yeni 2023-cü il kruiz kolleksiyası Sevilyada nümayiş etdirilib. Kolleksiya matadorların və flamenko rəqqaslarının stili üzərində qurulub.
Publika.az xarici mıtbuata istinadən xəbər verir ki, moda evinin bədii rəhbəri Maria Qrazia Köri bu kolleksiyanı yerli ispan sənətkarları ilə birgə yaradıb. Onların bir hissəsi dəri məmulatlarının istehsalı ilə, bir hissəsi zərgərlik, bir hissəsi baş geyimləri, bir hissəsi isə tikmə üzərində işlənilib. Maraqlıdır ki, bu sənətkarlardan bəziləri adətən katolik kilsəsi üçün qab-qacaq yaratmaqla məşğul olur, bəziləri isə at sürmək üçün avadanlıq istehsal edir.
Şounun sonunda dəfiləyə ispan rəssamı Maria Anceles Vila Tortosanın qadın matadorlara həsr olunmuş əsərləri əsasında hazırlanan modellər göstərilib. Digər maraqlı detal odur ki, bütün modelləri müşayiət edən bəzək - papaqlar olub. Zərgərlik nümunələri də göz oxşayıb, xüsusən də kristal və mirvari ilə asimmetrik sırğalar.
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər




























.jpg)










