Krallığın çiçəyi heyrətamiz stili ilə diqqət mərkəzində - FOTO
İyunun 16-da Keyt Middleton Erkən Uşaqlıq Fondu layihəsi çərçivəsində Böyük Britaniyanın Səhiyyə katibi Sacid Cavid və Ailə Naziri Uill Kuinslə görüşüb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Kembric hersoginyasının görünüşü bir daha səs-küy yaradıb. “Alexander McQueen” imzalı solğun çəhrayı kostyumu və qızılgül çalarındakı “Emmy London” markalı dikdabanları obrazı zərif və çox təsirli edib.
Makiyaj artistləri zərif çalar çeşidini mükəmməl çəhrayı-şaftalı makiyaj palitrası ilə tamamlayıblar. Almacıq sümüklərinə yüngül parıltılı ənlik çəkilib, dodaqlarda isə çəhrayının təbii ahəngi yenə qorunub. Göz makiyajında sadəliyə üstünlük verilib, lakin qəhvəyi dumanlı gözlər və oxlar Keytin zeytun gözlərini ideal şəkildə vurğulayıb.
Stilistlər krallığın çiçəyi adlandırılan hersoginyanı Britaniyanın “Mappin & Webb” brendinin zinət əşyaları ilə tamamlayıblar: boyunbağı və sırğalardan ibarət brilyant dəsti çəhrayı kostyumla birlikdə çox zərif görünür.
-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO








































