Dünyanın ən kədərli şahzadəsi - FOTO
Monako şahzadəsi Şarlen COVİD-19-dan qurtulub, amma belə görünür ki, daxilən hələ tam sağalmayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Şahzadə Albertin həyat yoldaşı üçün son bir il sınaqlarla keçib. Şahzadə Şarlen vətəni Cənubi Afrikada ağır qulaq infeksiyasına yoluxma nəticəsində ciddi əməliyyat keçirdi, bir neçə ay depressiya səbəbindən reabilitasiyada yatdı, Covid-19-dan isə yenicə sağalıb. Özünütəcriddən sonra şahzadə Monte Karlodakı televiziya festivalında iştriak edib.
Nadir bir çıxışı üçün Şarlen “Lanvin” moda evinin bir çiyinli boş ipək paltar seçib. Zümrüd yaşılı paltarın orijinal detalı böyük volanla tamamlanan ətəyidir. Uzun sırğa və qalın bilərzikləri knyaginyanın sadə obrazına əlavə effekt qatıb.
Mərasimdə pərəstişkarlarını qarşılayan şahzadə fotolar çəkdirsə də, ətrafındakılar şahzadənin üzündəki kədərli ifadəni qeyd ediblər. Axşam boyu onun kədərli siması dəyişməyib. Görünür, Şarlen aktiv kral həyatına və ictimai vəzifələrə qayıtsa da, daxili dünyasında dram yaşamağa davam edir.
-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO








































