2022-ci ilin trendi: Sarafanlarda maksimum uzunluq - FOTO
Stilist, “Glamour” jurnalının alman versiyasının redaktoru Anna Akermann maksi uzunluqlu paltarları 2022-ci ilin trendi adlandırıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, stilistin fikrincə, maksi uzunluqlu paltarlar istənilən vəziyyət üçün universaldır. Bu mövsümdə uzun paltarların romantik, uçuşan və axıcı materiallardan və trikotajdan hazırlanmış modelləri xüsusilə aktualdır. Eyni zamanda boho versiyalar da aktual olaraq qalır. Qeyd olunur ki, məhsullar bu mövsüm sosial şəbəkələrdə influencerlərin fotoları sayəsində populyarlaşıb.
Toy-bayram üçün mütəxəssis onların qabarıq qollu fasonları hündür sandaletlər, bosonojka, dikdaban və balerina ayaqqabıları ilə birləşdirməyi tövsiyə edir. Zərgərlik nümunələri və kiçik çanta ilə obrazın zərifliyi vurğulanır.
Bundan əlavə, axşam yay gəzintisi üçün belə donları nazik və kətən pencəklərlə birləşdirməyi məsləhət görür: “Paltarı sadə detallarla korlamadan tamamlağa çalışın".
Nəşrin məlumatına görə, məşhur aktrisalar, müğənnilər, blogerlər və modellər döşəməyə qədər uzanan libaslarda ictimaiyyət qarşısına çıxmağa başlayıblar. Lüks brendlərin kolleksiyalarında yer alan uzun libasların nümayişlərindən sonra kütləvi bazar kolleksiyalarında da oxşar fasonlar görünməyə başladı.
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər




























.jpg)










