Qayınanasının stilini təkrarladı - FOTO
Kate Middleton 1988-ci ildə “Royal Ascot” yarışlarında iştirak edən Ledi Di obrazını ustalıqla təkrarlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Kembric hersoginyasının “Alessandra Rich” imzalı paltarında aristokratik çıxışı Şahzadə Dianaya ehtiram əlaməti kimi qiymətləndirilib.
Dünən Şahzadə Uilyam və Keyt Middltonun qatıldığı “Royal Ascot” yarışlarının dördüncü günü idi. Cütlük açıq furqona minərək fotoqraflara aristokratik pozalar verib. Çıxış üçün Keyt çətin paltar seçib: qara nöqtəli ağ paltar. O, Diana obrazının, demək olar ki, eyni versiyasını geyinib! Krallığın zərif gəlini göstərib ki, 34 il keçməsinə baxmayaraq, belə klassik çaplar öz aktuallığını itirmir. Qapalı boyun və düymələri olan model mühafizəkar seçimdir, eyni zamanda uçuşan material onu çox təsirli göstərib. Şlyapaya gəlincə, Keyt ona incəlik bəxş edən qar kimi ağ zanbaqlarla dekor edilmiş zərif baş geyimi taxıb. Yeri gəlmişkən, zanbaq paklıq və saflığın, eləcə də kral gücünü simvolizə edən çiçəkdir.
Zərgərlik nümunələri də zövqlə seçilib: Keyt Middlton mirvarili brilyant sırğalar - demək olar ki, Ledi Di ilə eynidir. Qeyd edək ki, hər iki şahzadə mirvari pərəstişkarıdır. O, stilini qəhvəyi dikdaban və eyni tonda kiçik əl çantası ilə tamamlayıb.
-
ABŞ02:4411 sentyabr terror aktının pərdəarxası: MKİ 71 məxfi sənədi yayımladı
-
Qoroskop01:40Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI














.jpg)
.jpg)
















.png)




