“Yutub”un ofisində atəş açan qadının şəxsiyyəti müəyyənləşdi - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

ABŞ

“Yutub”un ofisində atəş açan qadının şəxsiyyəti müəyyənləşdi - FOTO - (YENİLƏNDİ)

ABŞ-da "YouTube" videoportalının baş ofisində atış açan qadının şəxsiyyəti müəyyənləşib.

ABC telekanalının verdiyi məlumata əsasən, həmin qadın Kaliforniya ştatının sakini Nasim Aqdam olub.

Qeyd olunur ki, Aqdam atəşdən sonra intihar edib. Onun "YouTube" şirkətinə heç bir aidiyyatı olmadığı bildirilir.

NBC telekanalının məlumatına əsasən, Nasim Aqdamın 39 yaşı olub. O, xəsarət alanlardan bir nəfəri tanıyırdı, çox guman ki, onun məqsədi həmin kişi olub.

Qeyd edək ki, atışma nəticəsində daha iki qadın yaralanıb. (trend)

***

“Yutub” videoportalının mənzil-qərargahında atışma nəticəsində 4 nəfər yaralanıb.

Hadisə yerinə həkim, polis və yanğınsöndürən briqadaları cəlb edilib.

“Yutub” videoportalının sahibi olan “Google” şirkəti insidentlə əlaqədar araşdırmalara başladığını bildirilib.

Polisin açıqlamasına görə, bir nəfər ölüb. Ölənin atəş açan şəxs olduğu bildirilir.

***

“Yutub” videoportalının mənzil-qərargahında atışma olub.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə şirkətin əməkdaşları bildirib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, şirkətin əməkdaşları binadan təxliyə edilib. Atəş açan şəxsin intihar etdiyini bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm