"İran Yaxın Şərqə raket göndərib terrorçulara dəstək verir" - ABŞ və Rusiya ÜZ-ÜZƏ
Bizi izləyin

ABŞ

"İran Yaxın Şərqə raket göndərib terrorçulara dəstək verir" - ABŞ və Rusiya ÜZ-ÜZƏ

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi təmsilçisi Nikki Heyli İranla bağlı növbəti açıqlama verib.

Publika.az xəbər verir ki, M.Heyli İranı Yaxın Şərqə silah göndərmək, səyahət qadağalarına meydan oxumaq və terror təşkilatlarına dəstək verib bölgənin sabitliyi pozmaqda ittiham edib.

Daimi təmsilçi yazılı açıqlamanı BMT-nin Təhlükəsiz Şurasında ABŞ-ın geri çəkildiyi nüvə razılşamasına dair toplantısından öncə verib.

BMT-nin baş katibi Antonio Quterreşin göndərdiyi nüvə razılığı ilə bağlı 2231 saylı sənəd şurada müzakirəyə çıxarılıb. Sənəddə Yəməndə Husilər təşkilatının Səudiyyə Ərəbistanına göndərdiyi raketlərin bəzi parçalarının İranda istehsal edildiyinə dair faktlar qeyd edilib.

Nikki Heyli də bu faktlarla İranın BMT Təhlükəsizlik Şurasının sanskiyalarını pozduğunu bildirib. O, qeyd edib ki, ABŞ İranın qayadaları pozmasına icazə verməyəcək.

BMT-nin Təhlükəsizlik Şurasındakı Avropa İttifaqının üzvü olan ölkələr isə raket sınaqlarının İranın nüvə razılaşması ilə əlaqəli olmadığını və razılaşmaya sadiq qalmalı olduğunu bildirir.

BMT-nin təqdim etdiyi sənəddə İranla bağlı faktların doğru olmadığını bildirən Rusiyanın BMT-dəki daimi təmsilçisi Vasili Nebenzia isə sənədi tənqid edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm