Tramp Ərdoğana görə dünya liderlərini BAŞINDAN ETDİ: "Onu sevirəm"
Bizi izləyin

ABŞ

Tramp Ərdoğana görə dünya liderlərini BAŞINDAN ETDİ: "Onu sevirəm"

Belçikanın paytaxtı Brüsseldə baş tutan NATO zirvəsi ABŞ –Avropa İttifaqı böhranının kölgəsində davam edərkən Amerika mətbuatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Donald Tramp arasındakı isti söhbəti işıqlandırıb.

Publika.az xəbər verir ki, “Nyu york Post” qəzeti liderlərin zirvədəki qızğın söhbətinə “Tramp qərb müttəfiqlərini Türkiyənin güclü lideri ilə danışmaq üçün başından etdi” başlıqlı məqalədə yer verib.

Donald Tramp Rəcəb Tayyib Ərdoğanı tərifləməkdən doymayıb. İkili arasındakı söhbətdən sonra Tramp Ərdoğanı nəzərdə tutaraq yanındakı liderlərə “onu sevirəm” sözlərini deyib.

Liderlər ayaqüstü söhbətdə YPG-FETÖ terror təşkilatları və Suriya siyasətini müzakirə ediblər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm