Türkiyədə azadlığa buraxılan Branson vətəninə yola düşdü
Bizi izləyin

ABŞ

Türkiyədə azadlığa buraxılan Branson vətəninə yola düşdü

Türkiyədə casusluqda ittiham olunaraq azadlıqdan məhrum olunmuş, dünən azadlığa buraxılmış ABŞ vətəndaşı, keşiş Endryu Branson vətəninə yola düşüb.

"Report" NTV telekanalına istinadən xəbər verir ki, o, İzmir hava limanından təyyarə ilə vətəninə uçub.

Xatırladaq ki, Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub. İzmir əyalətinin Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəməsi oktyabrın 12-də onun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb.

Endryu Branson oktyabrın 12-də azadlığa buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm