ABŞ-dan ŞOK AÇIQLAMA - Mülki sakinlərin ölməsi bu kimi hallarda məqbul sayılır
Bizi izləyin

ABŞ

ABŞ-dan ŞOK AÇIQLAMA - Mülki sakinlərin ölməsi bu kimi hallarda məqbul sayılır

ABŞ Suriyada məscidin bombalanması nəticəsində dinc sakinlərin ölməsinə aydınlıq gətirib.

Publika.az “Associated Press”ə istinadən xəbər verir ki, ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının başçısı, general Cozef Votel Suriyanın Deyr əz-Zor əyalətinin Sosa şəhərindəki məscidə endirilən hava zərbəsi nəticəsində yaraqlıların məhv edilməsindən razı qaldıqlarını bildirib.

O deyib ki, İŞİD terrorçularının qərargah və əlaqələndirmə mərkəzi kimi istifadə etdikləri həmin məscidə zərbə endirmək qərarı düşünülmüş şəkildə və qanuni əsasla verilib, mülki sakinlərin ölməsi isə bu kimi hallarda labüd və məqbul sayılır.

Qeyd edək ki, sözügedən məscidə ABŞ ordusunun hava zərbəsi nəticəsində ətrafdakı yaşayış evləri dağılıb, azı 62 nəfər mülki şəxs ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm