ABŞ-ın xüsusi təmsilçisi Türkiyəyə səfər edəcək
Bizi izləyin

ABŞ

ABŞ-ın xüsusi təmsilçisi Türkiyəyə səfər edəcək

ABŞ-ın Suriya məsələləri üzrə özəl təmsilçisi Ceyms Ceffri Türkiyəyə səfər edəcək.

Publika.az xəbər verir ki, səfər 5-14 dekabr tarixlərində baş tutacaq.

Bu barədə ABŞ Xarici İşlər Nazirliyindən məlumat verilib. Yazılı açıqlamaya görə, Ceffri Türkiyədən sonra İordaniyaya səfər edəcək. Səfərin məqsədi isə Suriyadakı son durumlardır.

Səfər ərzində ona ABŞ Xarici İşlər Nazirliyinin nümayəndəsi Coel Raybörn yoldaşlıq edəcək. Ceffri Türkiyədə görüşəcəyi rəsmilərlə Ali Səviyyəli Suriya İşçi Qrupu təsis edəcək.

İordaniyalı rəsmilərlə isə Suriya rejimi üzərindəki təzyiqin ən kəskin səviyyədə davam etdirilməsi mövzusu masaya qoyulacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm