Tramp SÖZ VERDİ: Putinlə bağlı qapılar arxasında…
Bizi izləyin

ABŞ

Tramp SÖZ VERDİ: Putinlə bağlı qapılar arxasında…

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə şəxsi danışıqların ətraflı protokollarını elan edəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Ağ Evin başçısı bu haqda “Fox News” telekanalına bildirib.

Qeyd edək ki, Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında təkbətək görüş 2018-ci il iyulun 16-da Helsinkidə keçirilib. İki lider arasında bağlı qapılar arxasında yalnız tərcüməçilərin iştirak etdiyi görüş iki saat sürüb. Zirvə görüşü zamanı aparılan danışıqların heç bir stenoqramı yoxdur.

Daha əvvəl “Washington Post” qəzeti yazmışdı ki, Tramp Putinlə birinci görüşünün detallarını gizlədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm