S-400 daha bir ölkə üçün problem oldu - ABŞ-dan TƏHDİD
Bizi izləyin

ABŞ

S-400 daha bir ölkə üçün problem oldu - ABŞ-dan TƏHDİD

ABŞ S-400 hava hücumuna qarşı müdafiə komplekslərinin alınması halında mənfi nəticələr haqqında Hindistana xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu haqda “The Times Of India” nəşri bildirib.

ABŞ Dövlət Departamentindəki mənbənin sözlərinə görə, Hindistanın S-400-ləri əldə etməsi ABŞ və Hindistan arasında yüksək texnologiyalar sahəsində gələcək əməkdaşlıq üçün əngəl törədəcək.

Xatırladaq ki, S-400 komplekslərin çatdırılması haqqında müqavilə Rusiya prezidenti Vladimir Putinin 5 oktyabr 2018-ci il tarixində Nyu-Dehliyə səfəri zamanı bağlanıb. Komplekslər beş il ərzində Hindistana çatdırılmalıdır.

Qeyd edək ki, hazırda S-400-lərə görə ABŞ və Türkiyə arasında ciddi böhran yaşanır. Vaşinqton komplekslərinin alınacağı halda, Ankaranın sanksiyalara məruz qalacağı, həmçinin Türkiyənin F-35 proqramından çıxarılacağını bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm