Pentaqondan növbəti S-400 AÇIQLAMASI: Türkiyə...
Bizi izləyin

ABŞ

Pentaqondan növbəti S-400 AÇIQLAMASI: Türkiyə...

S-400 zenit-raket komplekslərinin Türkiyə tərəfindən alınması ABŞ üçün qəbuledilməz risklər yaradır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Pentaronun başçısının müavini Endrü Vinternits bildirib.

Onun sözlərinə görə, Vaşinqton ümid edir ki, Ankara bu sistemlərdən imtina edəcək. Vinternits əlavə edib ki, ABŞ-ın nöqteyi-nəzərindən, S-400 sistemlərinin Türkiyə tərəfindən alınması NATO çərçivəsində öhdəliklərlə ziddiyyət təşkil edir.

Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinə dair kredit sazişi imzalayıb. Sazişə əsasən, Ankara 2 zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin S-400 kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəlib. ABŞ və NATO ölkələri bu sövdələşməyə görə Ankaranı dəfələrlə tənqid edib.

Uzaq məsafəli zenit raket sistemi - S-400 “Triumf” 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Rusiya Hərbi Kosmik Qüvvələri komandanının müavini bildirib ki, S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlər də silahlanmaya daxil olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm