Dəhşətli zəlzələ baş verdi: elektrik, qaz kəsildi, yanğın çıxdı, 29 min insan... - - FOTO
Bizi izləyin

ABŞ

Dəhşətli zəlzələ baş verdi: elektrik, qaz kəsildi, yanğın çıxdı, 29 min insan... - - FOTO

Ötən gün ABŞ-ın Kaliforniya ştatında meydana gələn 6,4 bal gücündə zəlzələdən sonra bölgədə fövqəladə vəziyyət elan olunub.

Publika.az xəbər verir ki, son 20 ilin ən dəhşətli yeraltı təkanları ilə sarsılan Kern bölgəsində qaz xətləri qırılıb. Nəticədə, bir neçə yerdə yanğın meydana gəlib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin məlumatına görə, zəlzələdən sonra ən az 2,5 bal gücündə 159 avterşok da yaranıb. Ən yüksək avterşok 4,5 bal gücündə olub.

Havanın temperaturunun 40 dərəcəyə yaxınlaşdığı bölgədə 29 minə yaxın insan elektriksiz qalıb. Kern bölgəsinin fövqəladə hallar qurumunun sosial media hesabından verilən məlumata görə, Ridqecrest bölgə xəstəxanası təxliyə olunub.

Yollar və hündürmərtəbəli binalarda çatlaqlar meydana gəlib, dağlardan iri qaya parçaları qoparaq ətrafa səpələnib.

Zəlzələ Las Veqasdan Sakit okeanına qədər bütün Cənubi Kaliforniyada hiss olunub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm