ABŞ
Trampa Rusiya ilə bağlı ŞOK ÇAĞIRIŞ: İkinci zərbə...
ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsi prezident Donald Trampı Rusiyaya qarşı sanksiyaların ikinci paketini tətbiq etməyə çağırıb.
Publika.az xəbər verir ki, bu haqda “Bloomberg” agentliyi bildirir.
Təklif demokrat Eliot Engel və respublikaçı Maykl Makkol tərəfindən irəli sürülüb. Onların fikrincə, Vaşinqton Böyük Britaniyanın Solsberi şəhərində kimyəvi maddənin tətbiqiylə əlaqədar Rusiyaya qarşı sanksiyaların yeni paketini qəbul etməlidir. Beləliklə, Avropada kimyəvi silahın tətbiqinə görə Rusiyanın məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Konqres üzvləri vurğulayıblar ki, hücumdan bir ildən çox keçməsinə baxmayaraq, sanksiyaların ikinci paketi hələ tətbiq edilməyib. Onların sözlərinə görə, bu, Amerika qanunvericiliyinə ziddir.
Mayda bildirilirdi ki, ABŞ “Skripal işi” üzrə anti-Rusiya sanksiyalarının ikinci paketini tətbiq etmək istəmir. Ancaq qəti qərarı Donald Tramp və dövlət katibi Mayk Pompeo qəbul etməli idilər.
Xatırladaq ki, Sergey Skripal və qızı Yuliya ötən il martın 4-də Böyük Briyaniyanın Solsber şəhərində sinir-iflic maddəsiylə zəhərlənib. London hadisəyə görə Rusiyanı ittiham edib. London hesab edir ki, Rusiya dövləti Skripalın zəhərlənməsinə A234 maddəsi ilə cəlb olunub.
ABŞ da eyni fikirdədir. Vaşinqton 2018-ci ilin avqustunda Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib və məhdudlaşdırıcı ölçülərin ikinci paketini qəbulu müzakirələr mərhələsindədir..
Moskva isə ona yönələn bütün ittihamları qəti surətdə rədd edir.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)
.jpg)















.jpg)