ABŞ
Rusiyaya GÖRÜNMƏMİŞ ZƏRBƏ - Dövlət Departamenti rəsmən elan etdi
ABŞ Dövlət Departamenti “Skripal işi” üzrə Rusiyaya qarşı sanksiyaların ikinci paketinin tətbiqini rəsmən elan edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda idarənin bəyanatında deyilir.
Dövlət Departamentinin bəyanatında deyilir ki, yeni sanksiyalar ABŞ-la Rusiyanın ticarətini milyardlarla dollar azalda bilər. Qeyd edilir ki, sanksiyalar inkişaf banklarının çoxtərəfli sisteminə Rusiyanın girişini məhdudlaşdıracaq.
“Skripal işi” çərçivəsində Rusiyaya qarşı yeni sanksiyalar beynəlxalq təşkilatlara Moskvaya kreditlərin verilməsi üzrə məhdudiyyətləri tətbiq edir.
“ABŞ Ümumdünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq maliyyə təşkilatları tərəfindən Rusiyaya maliyyə və texniki kömək üçün istənilən kreditin verilməsinə qarşı olacaq”, - idarədən bildirilib.
Xatırladaq ki, Sergey Skripal və qızı Yuliya ötən il martın 4-də Böyük Briyaniyanın Solsber şəhərində sinir-iflic maddəsiylə zəhərlənib. London hadisəyə görə Rusiyanı ittiham edib. London hesab edir ki, Rusiya dövləti Skripalın zəhərlənməsinə A234 maddəsi ilə cəlb olunub.
ABŞ da eyni fikirdədir. Vaşinqton 2018-ci ilin avqustunda Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.
Moskva isə ona yönələn bütün ittihamları qəti surətdə rədd edir.
Ömər Dağlı
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)
.jpg)















.jpg)