Trampdan Suriya ilə bağlı GÖZLƏNİLMƏZ AÇIQLAMA: "Zamanı gəldi"
Bizi izləyin

ABŞ

Trampdan Suriya ilə bağlı GÖZLƏNİLMƏZ AÇIQLAMA: "Zamanı gəldi"

“ABŞ-ın bu sonu olmayan cəfəng savaşlardan çəkilmə zamanı gəldi”.

Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Kürdlər bizimlə savaşdı, amma bunu etmələri üçün onlara külli miqdarda pul və təchizat verilib. (Kürdlər) İllərdir Türkiyəyə qarşı savaşırlar. Bu savaşı 3 il boyunca əngəllədim, ancaq bizim üçün cəfəng, çoxu tayfa qaynaqlı, sonugəlməz müharibələrdən uzaqlaşmağımızın və əsgərlərimizi evə gətirməyin artıq zamanıdır. ABŞ-ın illər öncə 30 günlüyünə Suriyada olması lazım idi. Amma qaldıq və bir hədəf olmadan müharibənin dərinlərinə basdırıldıq. İŞİD bölgədə at çapır. Çoxu avropalı olmaqla, minlərlə İŞİD üzvünün həbs edilməsi daxil, bu təşkilatı 100 faiz məğlub etdik. İndi İŞİD-lə Suriya, İran, Rusiya, Türkiyə və kürdlər maraqlanmalıdır"-, Tramp bildirib.

Qeyd edək ki, Türkiyə Suriyanın şimalında PKK terror təşkilatlarına qarşı təkbaşına əməliyyatlar keçirəcək. ABŞ bu əməliyyatlarda iştirak etmək istəmədiyi üçün qüvvələrini Suriyadan çıxarır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm