Bağdadinin nəşinin qalıqları hardadır? - ABŞ yerini açıqladı
Bizi izləyin

ABŞ

Bağdadinin nəşinin qalıqları hardadır? - ABŞ yerini açıqladı

İŞİD lideri Əbubəkr əl-Bağdadinin nəşinin qalıqları DNT testi üçün etibarlı təsisata aparılıb.

Publika.az xəbər verir ki, bunu ABŞ ordusunun Baş qərargah rəisi Mark Milli mətbuat konfransında açıqlayıb.

Adının açıqlanmasını istəməyən amerikalı rəsmi isə Bağdadinin nəşinin qalıqlarının dənizdə basdırıldığını deyib. O, basdırılma forması və yer ilə bağlı detalları isə açıqlamayacağını bildirib.

Qeyd edək ki, Bağdadinin nəşinin 2011-ci ildə ABŞ-ın hərbi əməliyyatı nəticəsində öldürülən Əl-Qaidə lideri Usamə Ben Ladendə olduğu kimi dənizə atıldığı iddiaları gündəmdə idi. Ancaq Fransanın AFP xəbər agentliyi Millinin bu iddianı təsdiq etmədiyini bildirmişdi.

Xatırladaq ki, Bağdadinin ələ keçirilməsi üçün təşkil olunan əməliyyatda iki nəfər sağ tutulub. Baş qərargah rəisi onların yetkin kişi olduğunu deyib. Tutulanların saxlanıldığı məkan isə bəlli deyil.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm