FTB açıqladı: terror aktı ola bilər
Bizi izləyin

ABŞ

FTB açıqladı: terror aktı ola bilər

Dekabrın 7-də ABŞ-ın Florida ştatındakı Pensakola Hərbi Dəniz Donanması Bazasına edilən hücum terror aktı ola bilər.

Publika.az xəbər verir ki, bu barədə Federal Təhqiqatlar Bürosunun rəsmisi Rakel Rocas danışıb.

O bildirib ki, bir çox bənzər hadisələr kimi bu hücumda da terror aktı ehtimalı araşdırılır.

Qeyd edək ki, sözügedən hücumu Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin 21 yaşlı leytenantı Məhəmməd Əlşamrani təşkil etmişdi. O, hadisədən qısa müddət əvvəl tvitterində ABŞ-ı İsraili dəstəkləməkdə və müsəlmanlara qarşı olmaqda ittiham etmişdi.

Leytenant hücum zamanı Floridadan qanuni şəkildə aldığı 9 mm-lik “Glock" markalı silahdan istifadə etmişdi.

Pensakolaya hücumda 3 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdı. Cinayətkar təhlükəsizlik qüvvələri tərəfindən odlu silahla zərərsizləşdirilmişdi.

16 mindən çox əsgərin və 7 min 400 mülki şəxsin işlədiyi hərbi hava bazasında 153 ölkədən 5 mindən çox tələbə təhsil alır. Onlardan 850-si Səudiyyə Ərəbistanının vətəndaşıdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm