Narkotik ticarətində silahlı insident: 2 polis, 3 vətəndaş öldü
Bizi izləyin

ABŞ

Narkotik ticarətində silahlı insident: 2 polis, 3 vətəndaş öldü

ABŞ-ın Nyu- Cersi ştatındakı Cersi-Sitidə baş verən silahlı qarşıdurma zamanı ölənlərin sayı 6-ya çatıb.

Publika.az xəbər verir ki, ölənlərdən biri polis, ikisi cinayətkar, üçü isə mülki vətəndaşdır.

Cersi-Sitinin bələdiyyə sədri Stiven Fulop tvitterdən verdiyi açıqlamada 3 polisin yaralandığını bildirib.

Hadisə şahidlərinin sözlərinə görə, insident narkotik ticarəti əsnasında yaranan problemdən qaynaqlanıb.

ABŞ prezidenti Donald Tramp hadisədən xəbərdar olduğunu tvitterindən bildirib.

***

08:22

ABŞ-ın Cersi-Siti şəhərində (Nyu-Cersi ştatı) atışma baş verib.

Publika.az xəbər verir ki, atışma zamanı biri polis əməkdaşı olmaqla 4 nəfər həlak olub.

Məlumata əsasən, atışma cinayətkarların gizləndiyi mağazada baş verib.

Bildirilir ki, polis əməkdaşları azı 2 cinayətkarı zərərsizləşdirməyi bacarıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm