ABŞ
ABŞ-dan Çinə qarşı daha bir ŞOK TƏLƏB: 72 saat verilmişdi
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) San Fransisko şəhərindəki Çin Baş Konsulluğunun qanunsuzluğa yol verdiyini iddia edib.
Publika.az xəbər verir ki, konsulluq ABŞ vizası almaq üçün yalan məlumat verən bir Çin vətəndaşını gizlətməkdə ittiham olunur.
San Fransisko Bölgə Məhkəməsinin arxivindəki məlumata görə, FTB-nin 20 iyun tarixində apardığı araşdırmada Çin vətəndaşı Tan Xuanın ABŞ-da təhsil araşdırması aparmaq üçün yalan məlumat verdiyi üzə çıxıb. 26 iyunda əleyhinə məhkəmə iclası keçirilən həmin şəxs Baş Konsulluğun binasına sığınıb.
ABŞ hökuməti tərəfindən məhkəməyə təqdim olunan ittiham aktında Tan Xuanın konsulluğa müraciətdə daha əvvəl hərbi təlim keçmədiyini və Çin Kommunist Partiyasının üzvü olmadığını söylədiyi qeyd olunub. Lakin FTB onun sosial media hesabında hərbi forma ilə fotolarını aşkarlayıb.
Qeyd edək ki, Ağ Ev 29 may tarixində hərbi təlim ehtiva edən universitetlərdən məzun olan Çin vətəndaşlarının ABŞ-a girişini qadağan edən fərman qəbul etmişdi.
Xatırladaq ki, ABŞ hökuməti ötən gün Çinin Hyuston şəhərindəki konsulluğunun bağlanılmasını, diplomatik missiyanın 72 saat ərzində binanı tərk etməsini tələb etmişdi.
Zümrüd
-
Rəsmi xronika15:42Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında... - FOTO
-
Nida Xəbər 15:22Hindistan Azərbaycana təşəkkür etdi
-
Nida Xəbər 14:48Lavrov Azərbaycanın AQEM-ə sədrliyinin uzadılmasını alqışladı
-
ABŞ14:04Trampın kürəkəninə qarşı məhkəmə iddiası: Gizlətdiyi nədir?
-
Nida Xəbər 12:56Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır - Paşinyan
-
Nida Xəbər 12:28Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır












.jpg)

.jpg)
























