Tramp ABŞ-ın Çinlə biznes əlaqələrini dayandıra bilər: "Pul itirmişik..."
Bizi izləyin

ABŞ

Tramp ABŞ-ın Çinlə biznes əlaqələrini dayandıra bilər: "Pul itirmişik..."

ABŞ Prezidenti Donald Tramp ölkəsinin müəyyən məqamda Çinlə ümumiyyətlə biznes əlaqələrini dayandıra biləcəyini istisna etməyib.

Publika.az xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

"Məndən (ABŞ və Çin iqtisadiyyatlarını - red.) ayırmağa və Çinlə iş aparmamağa hazır olub-olmadığımı soruşursunuz. Bu, çox maraqlı bir sualdır, çünki indiyə qədər Çindən heç bir şey almamışıq, yalnız pul itirmişik", - Tramp telekanala deyib.

"Onlar bizimlə yanlış rəftar edirlər. Mən bu barədə düşünəcəyəm", - prezident əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm