ABŞ-da seçkilər tamamilə saxtalaşdırılıb - TRAMP
Bizi izləyin

ABŞ

ABŞ-da seçkilər tamamilə saxtalaşdırılıb - TRAMP

"Seçkilər saxtalaşdırılıb. Əgər siz müxtəlif ştatlara baxsanız, görəcəksiniz ki, seçkilər tamamilə saxtalaşdırılıb. Bu, bizim ölkəmiz üçün biabırçılıqdır.

Publika.az xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərin suallarına cavab verən ABŞ prezidenti Donald Tramp deyib.

Ölkə başçısı bildirib ki, ABŞ-da ümumi seçkilər üçüncü dünya ölkəsi səviyyəsində keçirilib:

"Bu, üçüncü dünya ölkəsinə oxşayır, bu bülletenlər hər yerdə heç kimin tanımadığı şəxsə aid cihazlardan istifadə ilə səpələnir, hansılar ki, heç kim heç nə bilmir".

"Onlar (demokratlar-red) bunu nasazlıq adlandırırlar. Nasazlıqlar nasazlıq deyildi, onlar (demokratlar-red) minlərlə səsin göndərilməsini ələ keçirdilər, hansılar ki, yeri gəlmişkən, hamısı mənə qarşı idi", - Tramp deyib.

"Ən yaxın iki gündə siz əhəmiyyətli çox şey görəcəksiniz", - o vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm