ABŞ-da məktəbə silahlı hücum edildi, yaralılar var
Bizi izləyin

ABŞ

ABŞ-da məktəbə silahlı hücum edildi, yaralılar var

ABŞ-da bir məktəbə edilən silahlı hücumda çox sayda kişi yaralanıb.

Pubklika.az Anadolu agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Tennessi ştatında, Knoxville şəhərindəki liseyə edilən silahlı hücumda bir polis məmuru da daxil olmaqla çox sayda insanın yaralandığı bildirilir.

Yerli polisinin verdiyi açıqlamada Austin-East Magnet liseyinə silahlı hücum olduğu və təhlükəsizlik qüvvələrinin bölgəyə cəlb edildiyi deyilir.

İnsidentin təfərrüatı açıqlanmır. Hadisə ilə bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm