Razılıq əldə edildi: Bayden-Ərdoğan görüşü keçiriləcək
Bizi izləyin

ABŞ

Razılıq əldə edildi: Bayden-Ərdoğan görüşü keçiriləcək

ABŞ prezidenti Cozef Baydenlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, dövlət başçıları iyunda Brüsseldə NATO sammiti çərçivəsində görüşməyi razılaşdırıblar.

"ABŞ prezidenti əməkdaşlığın geniş spektri ilə və fikir ayrılıqlarının effektiv nizama salınması ilə konstruktiv münasibətlərdə marağını ifadə etdi. Liderlər ikitərəfli və regional məsələlərin bütün dairəsinin müzakirəsi üçün iyunda NATO sammitində təkbətək görüş keçirməyi razılaşdırdılar", deyə, Ağ Evdən bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm