ABŞ
Trampın yeni sosial şəbəkəsi fəaliyyətə başladı - FOTO
ABŞ-ın keçmiş prezidenti Donald Trampın komandası bu gün – iyulun 1-də hər hansı ilkin elansız “Gettr” adlı yeni sosial şəbəkəni istifadəyə verib.
Publika.az-ın məlumatına görə, yeni internet platformasının təsvirində deyilir ki, onun missiyası "ləğv mədəniyyətinə qarşı mübarizə", "sağlam düşüncəni" təşviq etmək, "söz azadlığını qorumaq", həmçinin sosial şəbəkələrdəki "inhisarçılara qarşı mübarizə və real bazar yaratmaq"dan ibarətdir.
“Gettr”in inkişafına Trampın prezidentliyi dövründə baş məsləhətçisi olmuş Ceyson Miller rəhbərlik edir.
Nəşr bildirib ki, proqram tvitterə çox oxşayır. Trampın “Gettr”də özünə hesab açıb-açmayacağı hələ məlum deyil, ancaq güman edilir ki, bu xidmət Amerikanın sabiq prezidentinin tərəfdarları ilə onlayn ünsiyyət saxlayacağı platforma olmalıdır.
Qeyd edək ki, sabiq prezident hələ mayda feysbuk, tvitter sosial şəbəkələrində hesablarının bloklanmasını kəskin tənqid edərək, bunu "mütləq biabırçılıq" və Birləşmiş Ştatlar üçün "alçalma" adlandırıb. / ("Report")
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan