Bayden Rusiyanı TƏHDİD ETDİ
Bizi izləyin

ABŞ

Bayden Rusiyanı TƏHDİD ETDİ

ABŞ Prezidenti Co Bayden rusların Amerika şirkətlərinə təsir edən son genişmiqyaslı kiberhücumda iştirak edib-etmədiklərindən hələ əmin olmadığını söyləyib.

Publika.az xəbər verir ki, Bayden kiberhücumun Rusiya tərəfindən edildiyi ortaya çıxarsa, ABŞ-ın bunu cavabsız qoymayacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, ABŞ şirkətləri kütləvi kiberhücuma məruz qalıb. Kibertəhlükəsizlik şirkəti "Huntress Labs" 200-dən çox şirkətin hücuma məruz qaldığını açıqlayıb. Şirkət hücumun Florida mərkəzli "Kaseya IT" şirkətini hədəf aldığını və kiberhücumun Rusiya ilə əlaqəli "REvil" fidyə dəstəsi tərəfindən həyata keçirildiyini ehtimal edir. ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Agentliyi hücumu araşdırmaq üçün hərəkətə keçib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm