Tramp Vaşinqtondakı otelini satır
Bizi izləyin

ABŞ

Tramp Vaşinqtondakı otelini satır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Vaşinqtonun mərkəzində yerləşən "Trump International" otelini satmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, Ağ Evin keçmiş rəhbərinin artıq oteldən istifadə hüquqlarının satışı ilə bağlı danışıqlar apardığı bildirilir.

Müqavilənin detalları hələ məlum deyil və bağlanmasının uzun müddət çəkəcəyi deyilir. Otel ABŞ paytaxtının əsas küçəsində, Ağ Evdən 500 metr və Kapitoliydən 1 km məsafədə yerləşir.

Daha əvvəl Trampın şəxsi helikopterlərindən birini satışa çıxardığı xəbəri yayımlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm