ABŞ
ABŞ-ın hərbi gəmisi Tallin limanına gələcək
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi həftəsonu Tallinə gələcək.
Publika.az Estoniya mətbuatına istinadla xəbər verir ki, “Arli Börk” gəmisinin gəlişi ABŞ-la Estoniya arasında sabit, təhlükəsiz və inkişaf edən Avropa naminə əməkdaşlığı gücləndirmək imkanı verəcək.
ABŞ-ın Tallindəki Səfirliyinin mətbuat xidmətindən BNS informasiya agentliyinə verilən məlumata görə, gəminin Baltik dənizində olması ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin Avropa regionunun kollektiv müdafiəsinə dəyişməz sadiqliyini nümayiş etdirir və ABŞ ilə Estoniya arasındakı sarsılmaz əlaqələri gücləndirir.
“ABŞ-ın “Arli Börk” hərbi gəmisinin səfərini alqışlayırıq. Bu, ABŞ-ın Estoniya və NATO-nun təhlükəsizliyinə sadiqliyinin bariz nümunəsidir ki, bu da istənilən qlobal problemlərə qarşı müqavimət göstərmək üçün ümumi hazırlığımıza dair işarədir. Müdafiə sahəsində əməkdaşlıq ABŞ və Estoniya arasında əlaqələrin ən vacib elementlərindən biri olub və bu gün də qalmaqdadır”, – deyə ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Brayan Roraff bildirib.
Qeyd edilib ki, “Arli Börk” gəmisin ABŞ-ın milli maraqlarını, Avropada və Afrikada təhlükəsizliyi və sabitliyi təşviq etmək məqsədilə çox vaxt müttəfiq və idarələrarası tərəfdaşlarla birgə ümumi və hərbi-dəniz əməliyyatlarının tam spektorunu həyata keçirir.
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
































