Dünya
Uqandadan Türkiyə ilə bağlı ŞOK QƏRAR
Uqanda Xalq Müdafiə Qüvvələri Türkiyə ilə həyata keçirilən bütün hərbi və müdafiə əməkdaşlığının dərhal dayandırıldığını elan edib.
Publika.az xəbər verir ki, Qərarı elan edən ordunun sözçüsü Kris Maqezi prosesin iki ölkə arasındakı müdafiə və hərbi əməkdaşlıqla bağlı həll olunmamış məsələlər aradan qaldırılana qədər davam edəcəyini bildirib.
Uqanda Baş Qərargah rəisi Muhuzi Kaineruqaba da açıqlamanı sosial şəbəkə hesabında paylaşıb.
Qərarın arxa planında Uqanda rəhbərliyinin Türkiyədə olduğu bildirilən müxalif bloqçu Fred Lumbuyenin ekstradisiya edilməsi tələbi dayanır.
Uqanda hakimiyyəti Lumbuye barəsində zorakılığa təşviq, zərərli təbliğat və kompüter cinayətləri də daxil olmaqla müxtəlif ittihamların olduğunu iddia edərkən, Kaineruqaba son dövrlərdə Ankaraya qarşı sərt açıqlamalar vermişdi.
Sentyabrın 18-də Kampaladakı Türkiyə səfirliyinin qarşısında Lumbuyenin ekstradisiya edilməsi tələbi ilə aksiya keçirilib, ertəsi gün isə Uqanda ordusu hərbi əməkdaşlığı dayandırdığını elan edib.
Türkiyə ilə Uqanda arasında son illərdə hərbi təlim, müdafiə avadanlıqları, texnologiya transferi və təhlükəsizlik sahələrində əməkdaşlıq həyata keçirilirdi.
Hüseyn İbadlı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO





























