ABŞ-da dəhşətli qatar qəzası - Ölənlər və yaralılar var
Bizi izləyin

ABŞ

ABŞ-da dəhşətli qatar qəzası - Ölənlər və yaralılar var

ABŞ-ın Missuri ştatında qatar qəzası nəticəsində 3 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Publika.az bunu xarici KİV-lərə istinadən xəbər verir.

Missuri ştatının qubernatoru Mayk Parson ştatda Amtrak şirkətinə məxsus qatarın relsdən çıxdığını bildirib.

Şirkətin yazılı açıqlamasında bildirilib ki, Missuri ştatında yük maşını ilə toqquşan Amtrak qatarının bir neçə vaqonu relsdən çıxıb və sərnişinlər yaralanıb.

Qeyd edilib ki, qatarda olan 243 sərnişindən 3-ü ölüb, 40-dan çox insan isə yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm