ABŞ
ABŞ-ın birinci xanımı koronavirusa yoluxdu

Aavqustun 16-da Amerika Birləşmiş Ştatlarının birinci xanımı Cil Baydenin koronavirus testi müsbət çıxıb.
Publika.az xəbər verir ki, bu barədə birinci xanımın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, bu gün ABŞ prezidentinin həyat yoldaşı koronavirus testindən keçib və mənfi nəticə əldə edib. Amma axşam saatlarında soyuqdəymə əlamətləri hiss edib.
"Anticisimlərin olub-olmadığını müəyyən etmək üçün təkrar ekspress-testin nəticəsi mənfi olub, lakin PCR testinin nəticəsi müsbət olub", - məlumatda deyilir.
Cil Baydenin COVID-19-un yüngül simptomları yaşadığı bildirilir. Əvvəllər o, iki dəfə tam peyvənd olunub.
ABŞ-ın birinci xanımı yaxın beş gün ərzində təcrid vəziyyətində olacaq. Müalicənin bir hissəsi olaraq ona "Paklovid" kursu da təyin edilib.
Hüseyn İbadlı

-
Qoroskop31 May 22:37
İyun ayında bürcləri nə gözləyir? - Sevgi, pul, işgüzar səfər...
-
Ekologiya31 May 21:58
Hava ilə bağlı əhaliyə CİDDİ XƏBƏRDARLIQ - VİDЕО
-
Sosial31 May 19:20
Diqqət! Sabahdan qiymətlərdə dəyişiklik olacaq
-
Sosial31 May 17:53
İcra başçısının qızı məktəbin ərazilərini icarəyə verdi - Video
-
Sosial31 May 17:15
Evini sığortalamayan vətəndaşlar cərimələnəcək? - Xəbərdarlıq
-
Qarabağ 31 May 16:19
Bakı qısa müddətdə Xankəndiyə qayıdacaq, Ankara... - Abovyan açıqlayır
-
Magazin131 May 15:20
Azərbaycanın ən yaraşıqlı kişisi o seçildi - FOTO/VİDEO
-
Rəsmi xronika31 May 14:41
Prezident fərman imzaladı